08-11-2016 [20:27]
Azərbaycanda yüngül sənayenin inkişafı məqsədi ilə bu gündən ölkədən dəri ixracı yüksək gömrük rüsumuna cəlb olunacaq.
Bu, Nazirlər Kabinetinin "Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.
Nazirlər Kabineti "Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə yeni mal mövqeyi əlavə edib. İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), tükörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu alınacaq.
Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru, küllənmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), yunörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu tətbiq olunacaq.
İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tükörtüyü olmayan önlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və sonradan emal edilməmiş, nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 350 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək. Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yunörtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış, o cümlədən nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman isə hər 1000 kq dəri üçün 150 dollar ixrac gömrük rüsumu alınacaq.
Bu gündən qüvvəyə minən qərar 5 il müddətində qüvvədə olacaq.
Qeyd edək ki, Azərbaycanda xəz dəri emalı müəssisəsinin olmadığı üçün sahibkarlar indiyə qədər xammalı gömrük rüsumunu ödəmədən xammalı xaricə ixrac ediblər.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi