“İncəsənət sosial inkişafda vasitə kimi” mərasimi - FOTO

img

08-11-2016 [19:34]


Gənclər sosial məsələlərin həllində incəsənt vasitələrindən istifadə edirlər "Konstitusiya” Araşdırmalar Fondunun "MitOst” Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi "İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində qiymətləndirmə seminarı və layihənin bağlanış mərasimi keçirilib.

"İncəsənət sosial inkişafda vasitə kimi” layihənin məqsədi sosial məsələlərin həllində incəsənt vasitələrindən istifadə edilməsinin təşviqidir. Qiymətləndirmə seminarında sosial inkişafa yönəlmiş layihələrin icrasında incəsənətin rolundan istifadənin vacibliyi, və sosial məsəslələrin işıqlandırılmasında əhəmiyyəti müzakirə olunub.

Seminarın sonunda iştirakçılar tərəfindən hazırlanmış yekun tədbir olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin, "Konstitusiya” Araşdırmalar Fondunun, Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik Musiqi məktəbinin, Zəkalar liseyinin, Xəzər universitetinin, "DAAD” beynəlxalq əməkdaşlıq proqramının nümayəndələrinin də iştirak etdiyi tədbir zamanı təqdim olunan təşəbbüslər qonaqlara nümayiş olunub. Layihə çərçivəsində dəstəklənən 6 təşəbbüs - ətraf mühitin mühafizəsi, gənclərin peşə/ixtisas seçimi, valideyn-övlad münasibəti, görmə məhdudiyyəti olan və uşaq evlərində yaşayan gənclərin cəmiyyətə inteqrasiyası, erkən nigahlar mövzularını əhatə edib.

Təşəbbüslərin gerçəkləşməsində fərqli incəsənət vasitələrindən istifadə edilib. Sonda layihə iştirakçıları diplomlarla təltif olunublar.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA