TQDK 27 zəhərdə sınaq imtahanı keçirəcək

img

13-05-2010 [01:26]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 16-da Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Neftçala, Lerik, Quba və Xaçmaz şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında növbəti sınaq imtahanı keçirəcək. TQDK-dan verilən məlumata görə, bu imtahanlarda 31 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulur. Sınaq imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA