Xəzərdə daha bir qəza - Neftçi itkin düşdü

img

08-11-2016 [14:45]


"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan "Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər saatlarında itkin düşüb". 

"BP-Azerbaijan” şirkətinin yaydığı məlumata görə, şirrkət itkin düşən işçisi ilə bağlı axtarış aparır:

 "BP özünün  qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib”.

Məlumata görə, itkin düşən şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb: "BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir”.

Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA