08-11-2016 [11:48]
Azərbaycan Prezidenti İlham Əliyev "Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına müraciət edib.
Mia.az müraciətin mətnini təqdim edir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi – dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşmış görkəmli teatr peşəkarlarını səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar diləyirəm. Əminəm ki, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və xalqımızın həyat tərzi olan multikulturalizm şəraitində siz müzakirəsinə toplaşdığınız bir çox məsələlərin həllinə nail olacaq və sülh, qardaşlıq çağırışı olan multikulturalizm ideyalarını teatr kimi möhtəşəm mədəniyyət amilinin köməyi ilə dünyaya yayacaqsınız.
Azərbaycan teatrının ləyaqətli tarixi var. Belə ki, XIX əsrin 2-ci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verir, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradır. Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mənəvi iqlimi şəraitində yaranmışdır.
144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində artıq dördüncü dəfədir Beynəlxalq Teatr Konfransı keçirir. Sevindirici haldır ki, builki Konfrans respublikamızda elan olunmuş "Multikulturalizm ili” tədbirləri sırasındadır və Azərbaycan multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında da tanınmasına öz töhfəsini verir.
Təqdirəlayiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının "Teatr və multikulturalizm” mövzusuna həsr olunmuş IV Bakı Beynəlxalq Teatr Konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirməkdən, dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səyləri birləşdirməkdən ibarətdir. Bu, çox nəcib və xeyirxah əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir.
Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu Konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq, dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasındakı mədəni-dostluq tellərini daha da möhkəmləndirəcəklər.
Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi