Saatlı və imizli rayonlarının bir sıra kəndləri ciddi təhlükədədir

img

13-05-2010 [12:30]


Dünən axşam saat 18:00-dan etibarən Saatlı rayonun Nərimankənd, Novruzlu kəndlərinin Araz çayı üzərində olan mühafizə bəndlərinin alt hissəsi dağılmaya məruz qalıb. Hər iki kəndin ərazisində yerləşən bəndlər alt hissədən oyulmağa başlayıb. Xəbərlər İnformasiya Mərkəzinin rəhbəri Razi Abasbəylinin MİA-ya verdiyi məlumata görə, ərazidə texnika çatışmazlığı yarandığından oyulmanın və qrunt sularının sel yuması ilə əvəzlənməməsi üçün qarşısını almaq xeyli çətinləşib. Dünən axşam saatlarından etibarən qəza yerinə Sabirabad sakinləri ilə yanaşı, İmişli rayonundan da yüzlərlə insan cəlb edilib. Səhdər saatlarına qədər Novruzlu kəndindəki bəndin altından axan qrunt suların qarşısını almaq mümkün olsa da, Nərimankənddəki oyulmanın qarşısı hələ də alınmayıb. Saatlı rayonun Ağarəhimli, Bəylik, Qıraqlı kəndlərində də vəziyyət acınacaqlıdır. Kür çayı hövzəsində isə Sarısu gölünün dolaraq İmişli rayonun bir neçə kəndini su altına ala bilər. Gölün yaxınlığında yerləşən Allahmədətli kəndinin sakinləri artıq təmamilə köçürülüb. Bəndin təmamilə dağılma ehtimalı isə getdikcə artır. Saat 10:00-a olan məlumatlara əsasən artıq bəndin bərpasının mümkün olmayacağı barədə əhaliyə məlumat verilib. Bəndin bərpası ilə məşğul olan texnika və canlı qüvvə də ərazidən uzaqlaşdırılıb. Artıq Kür çayından axan güclü su Mil-Muğan kanalı ilə irəliləməkdədir. Kanalın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi nəticəsində isə Sabirabad rayonun fəlakət zonasından əhalinin təxliyyə edilməsi işində problemlər yaranıb. Saatlı rayonu demək olar ki, blokada vəziyyətindədir. Hazırda Sabirabad rayonuna yalnız bir yol Kürdəmir Padar magistral yolu qalıb ki, bu yoldan da istifadə etmək təhlükəlidir. Mayın 11-də Ulacalı kəndinin ərazisindəki bəndin dağılması nəticəsində rayonun Sura kəndi ərazisindəki körpüsünün bağlanma təhlükəsi yaranıb. Bununla da faktiki olaraq Sabirabad rayonu su basmış ərazilərinin mühasirəsində qalıb. Hazırda rayon ərazisinə əlavə texnikanın gətirilməsi çətinləşib. Rayonun Mürsəlli kəndinin Seyidağa Kərimov adlı sakinin mayın 11-də İtkin düşdüyü bildirilir. Aparılan xilasetmə işləri isə heç bir nəticə verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA