İtaliyanın xarici işlər naziri Bakıya gəldi - Məqsəd

img

07-11-2016 [16:44]


İtaliyanın xarici işlər naziri Paolo Centiloninin Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində İtaliyanın ATƏT-də gələcək sədrliyi, regional və beynəlxalq əməkdaşlıq, Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.

Məlumata görə, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini səfər zamanı italiyalı iş adamları müşayiət edir. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl nazir P.Centiloni Gürcüstanı ziyarət edib. O, Bakıdan sonra Yerevana səfərə gedəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA