"Azərişıq" xəstəxananın işığını yandırdı - Baş həkimdən açıqlama

img

07-11-2016 [13:01]


Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə Trend-ə xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.

Baş həkim bildirib ki, bu gün səhər saatlarında "Azərişıq" ASC ilə razılıq əldə edilib və binanın istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcunun mərhələli ödənişi barədə müqavilə bağlanıb:

"Razıllaşmadan sonra Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib. "Azərişıq" ASC-yə noyabr ayına qədər 31 920 manat işıq pulu ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400 manat, noyabrda 520 manat pul ödəmişik. Hazırda xəstəxananın 28 min manat borcu qalıb. Onu da mərhələli ödəyəcəyik. Razılaşdıq ki, qarşıdakı aylarda da qalan məbləğ ödəniləcək. Hazırda işıqlarımız yanır və vəziyyət normaldır".

Xatırladaq ki, noyabrın 3-də Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi borca görə dayandırılmışdı. Həmin vaxtdan etibarən xəstəxanaya xüsusi generatorlarla işıq verilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA