07-11-2016 [12:57]
Bir müddətdir ki, Azərbaycanda ərazi vahidlərinin dəyişdirilməsi və vilayətlərin yaradılması məsələsi gündəmə gəlib. Yəni mövcud regional icra hakimiyyətləri ləğv ediləcək və bunun yerinə 13 vilayət yaradılacaq. Azərbaycanın xəritəsindəki 85 rayon isə tarixə qovuşacaq.
Ölkədə bu cür islahatın aparılması nə dərəcədə realdır? Bütün bunlar nəyə hesablanıb. Bəs hazırki 9 iqtisadi rayon bölgüsü 13 vilayət sisteminə necə uyğunlaşdırılacaq?
Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov hafta.az–a açıqlamasında deyib ki, 13 vilayətin yaradılması ilə bağlı onda heç bir rəsmi məlumat yoxdur. Üstəlik bununla əlaqədar Milli Məclisdə heç bir məsələ müzakirə olunmayıb. Yəni yayılan xəbərlərin hələlik heç bir rəsmi əsası yoxdur.

Millət vəkili Tahir Rzayev də həmkarı Azər Badamovun dediklərini təsdiq edib. Regional Məsələlər Komitəsinin üzvü bildirib ki, deyir ki, bu cür xəbərləri müyyən dairələr yayır:
"Hələlik Milli Məclisə elə bir təklif və ya layihə daxil olmayıb.. Buna elə bir səbəb yoxdur. Bu dövlət başçısının səlahiyyətlərinə aid olan məsələdir. Hazırda dövlət rəhbəri icra strukturları rəhbərinə deyir ki, vətəndaşlara daha da yaxın olmaq lazımdır. Yerli qurum rəhbərləri daima insanların içərisində olmalıdır. Onlarla sıx münasibət yaratmalıdır. Ona görə də bir müddət əvvəl yerli icra strukturları haqqında bir qanun qəbul etdik. Bu qanuna əsasən müəyyən ərazilərdə müəyyən icra strukturları, icra nümayəndəliklərinin əsası qoyuldu. Böyük şəhərlərdə, o cümlədən Bakının əhalinin daha sıx yaşadığı məntəqələrdə əlavə icra nümayəndəlikləri yarandı. Dünən mənə daxil olan məlumata görə, Göyçayda və digər əhalinin sıx yaşadığı rayonlarda əlavə icra nümayəndəlikləri formalaşdırılıb. Bütün bunlar idarəetmənin daha da yaxşılaşdırılması üçün edilir. Vətəndaşlara yaxın olmaqla onların ərizə və şikayətlərinə vaxtında cavab verilməsi üçündür. Amma idarəetmənin təkmilləşdirilməsi ilə bağlı 13 vilayət məsələsinin də gündəmə gəlməsi istisna deyil. Bu dövlət siyasətidir. Amma bu gün bölgələr üçün hazırki strukturun qalması olduqca vacibdir”.

Bəs bu cür sistemin yaradılması reallaşarsa hazırki 9 iqtisadi rayon sisteminin aqibəti necə olacaq?
İqtisadçı ekspert Qalib Toğrulun sözlərinə görə, 13 vilayətin yaradılması sırf idarəetmə ilə bağlı məsələdir. Azərbaycanda idarəetmə sistemi mərkəzləşdirilmiş bir sistemdir. Əks mərkəzləşdirilmə aparılmalıdır:

"Çox mərkəzləşdirilib. Bu həm də siyasi məsələ olduğu üçün həssas olmaq lazımdır. Çünki gözlənilməz nəticələr verə bilər. Hər bir regionda rəqabət qabiliyyətinin artırılması ilə bağlı indikarorlar işlənib hazırlanmalıdır. Hazırda bizdə 9 iqtisadi rayon var. Həmin iqtisadi rayonlara daxil olan şəhərlərin, rayonların bir sistemə salınması o vaxt əsaslandırılmayıb. Mütləq dəyişikliklər olmalıdır. Ola bilsin ki, iqtisadi rayonların sayı azaldılmalıdır və ya vilayətlər yaradılmaldır. Burada ən vacib məsələ yerli idarəetmənin təşviq olunmasıdır. Yəni rayonlar vəğv edildikdən sonra vilayətlər yaradılarsa, yerli idarəetmə orqanlarının maddi təminatı yaxşılaşdırılmalıdır. Bələdiyyələr iqtisadi lahiyələrin icrasını həssaslıqla həyata keçirməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi