07-11-2016 [12:32]
"Abşeron rayon İcra Hakimiyyətinin rəhbər işçiləri olan – Sərviz və Abidun adlı şəxslərin göstərişi ilə onların gətirdiyi dəstə üzvləri heç bir əsas olmadan bizi vəhşicəsinə döydü və bədənimizə ağır xəsarətlər yetirdi”.
Bu sözləri Azinforum.az İnformasiya Portalınaetdikləri şikayətdə Bakı şəhər Suraxanı rayon sakinləri İsmayılov Rövşən Əziz oğlu və Musayev Röyal Ehtiram oğlu söyləyib.
Şikayətçilər bildirir ki, noyabr ayının 5-i səhər saatlarında onlara məlumat verilib ki, qanuni yolla mülkiyyətlərinə aid olan təsərrüfatlarının hasarları naməlum şəxslər tərəfindən sökülür. Hadisə yerinə yollanan vətəndaşlar həmin yerdə əməlli başlı sürprizlə rastlaşıblar. Rövşən İsmayılov bildirir ki, Suraxanı rayonunda yaşasa da, Abşeron rayon ərazisində onun fermer təsərrüfatı var:

İradə Gülməmmədova
"Bu məqsədlə 99 illik müqavilə əsasında torpaq sahəsi icarəyə götürmüşük. Ərazainin mənə məxsus olduğunu təsdiq edən bütün sənədlər də mövcuddur. Amma buna məhəl qoyulmadı. Mən həmin yerdə maldarlıq və quşçuluqla məşğulam. Gördüm ki, mülki geyimdə olan bir neçə şəxs əraziyə gətirdikləri texnikanın köməyi ilə hasarları sökürlər. Səbəbini soruşanda bizi təhqir etdilər, döyməyə başladılar. Biz qanuni haqqımızı tələb etdikdə belə, vəhşicəsinə döyüldük. Bütün əmrləri Sərviz və Abidun adlı şəxslər verirdi. Bizə ayrılan torpağa sərəncamı Abşeron rayonunun sabiq icra başçısı Zakir Fərəcov verib. Onun imzası qanunsuzdursa, qoy bunu bizə hüquqi yolla izah etsinlər. Axı, belə davranış dövlət qulluqçularının etikasına sığmır. Bütün hüquqi vasitələrdən istifadə edəcəm ki, təhqir olunmağıma, əsassız döyülməyimə qanuni qiymət verilsin, günahkarlar cəzalandırılsın”.

Sərviz Süleymanov
Digər şikayətçi Röyal Musayev isə bildirdi ki, döyülmə nəticəsində onun qolu çatlayıb:
"Bizim də həmin ərazidə topağımız var. Mülkiyyət hüququ anama məxsusdur. Lazımı sənədləri sizə də təqdim edirəm. Həmin ərazidə əkin əkməyi planlayırdım. İcra Hakimiyyəti işçilərinin bu cür kobud davranışını anlaya bilmədim. Dövlət məmuru nədir, vətəndaşı döyüb təhqir etmək nədir?
Mən bu cür davranışa təəccüb edirəm. Qoy Sərviz və Abidun adlı rəhbər işçilərin başlarına yığıb gətirdikləri dəstədə təmsil olunanların kimliyi araşdırılsın. Əminəm ki, onların böyük əksəriyyəti qocu rolunu oynayır, icra hakimiyyətinə heç bir aidiyyətləri yoxdur. Bizə qarşı olan qanunsuzluqla bağlı, ərazi aidiyyəti üzrə 31-ci polis bölməsinə şikayət etdik. Həkim ekspertizasından da keçdik, bədənizmidə xəsərətlərin olduğunu təsdiqləyən rəy verildi. Mən bütün əlaqədar qurumlardan bu məsələnin obyektiv araşdırılmasını tələb edəcəm. Ölkədə özəl sahibkarlığa rəhbərlik tərəfindən yaşıl işığın yandırıldığı bir zamanda, Abşeron rayon İcra Hakimiyyətinin bu cür yanaşması olduqca təəccüblüdür. Bizə qarşı cinayət əməlinə yol verilib. Bunun başqa adı ola bilməz. Mən bütün qanuni vasitələrdən istifadə etməklə, bu məsələnin tam araşdırılmasını tələb edəcəm”.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənə bilmədik. Onların da, münasibətini dinləməyə hazır olduğumuzu bildiririk.
Azinforum.azsözügedən rayonun rəsmi internet resursuna müraciət edib və məlum olub ki, sakinlərin adlarını çəkdiyi Sərviz və Abidun adlı şəxslərin adları icra hakimiyyətində vəzifədə təmsil olunan şəxslər sırasında qeyd edilir.
Həmin cədvəli, şikayətçilərlə edilən videosöbəti, deyilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləri və əraziyə gələn şəxslərin avtomobillərinin fotolarını təqdim edirik.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi