Ziya Məmmədovun zəxsi nəzarəti ilə fəlakət zonasında alternativ yollar salınır

img

12-05-2010 [06:33]


Nəqliyyat Nazirliyinin müvafiq qurumları sel sularının yaratdığı fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Nazirliyin mətbuat xidmətindn MİA-ya verilən məlumata görə, Şirvan, İmişli, Sabirabad rayonları ərazisində həm yaxın ərazilərin Yol-İstismar İdarələri, həm də Bakıdan göndərilmiş texnika və işçi qüvvəsinin köməkliyi ilə su altında qalmış, sıradan çıxmış avtomobil yollar təmir edilir, alternativ yollar salınır. Belə ki, Padar istiqamətində yeni salınmış 19 km-lik yol avtomobillərin hərəkətinin bərpa edilməsi üçün əhəmiyyətli rol oynayır. Digər istiqamətlərdə də işlər intensiv surətdə davam etdirilir. Belə ki, bu gün Sabirabad rayonu ərazisində 12 km-lik Həşimxanlı-Qaratəpə yolunun gediş-gəliş üçün normal vəziyyətə gətirilməsi gözlənilir və işlərin sürətləndirilməsi məqsədilə əlavə olaraq Bakıdan hər gün, təxminən, 15-20 maşın yük aparılır. Nəqliyyat naziri Ziya Məmmədov işlərin koordinasiya edilməsinə şəxsən nəzarət edir və müvafiq göstərişlərini verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA