Tikinti obyektləri ilə bağlı dəyişiklik olacaq - Yeni tələblər

img

07-11-2016 [11:44]


Azərbaycanda tikinti obyektlərinə dair yeni tələb müəyyən edilir.

Mia.az xəbər verir ki, Milli Məclisdən rrend-ə verilən məlumata görə, bu barədə məsələ Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən maddəyə əsasən, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazilərdəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

Dəyişiklik Milli Məclisin noyabrın 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA