07-11-2016 [11:12]
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Liberal Partiyanın lideri xanım Lalə Şövkəti yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
"Dəyərli Lalə xanım!
Sizi mənalı həyatınızın çox əlamətdar günü - 65 illik yubiliyeniz münasibəti ilə özümün və ailəmin, Vətəndaş və İnkişaf Partiyasının (VİP) üzvləri adından təbrik edirəm. Sizin yüksək intellektiniz, zəngin siyasi təcrübəniz, keçdiyiniz parlaq və nümunəvi siyasi yol istənilən siyasətçi üçün etalon ola bilər. Siyasi praktikamda Azərbaycanın top statuslu siyasətçilərinin mütləq əksəriyyəti ilə iş və təmas təcrübəsinə malik biri kimi məsuliyyətlə bildirirəm ki,Siz onların sırasında kübar, nəfsinə hakim, sözü bütöv, ləyaqətli Şəxsiyyət kimi xüsusi yerə maliksiniz. Xoşbəxtlikdən Sizin kimi Şəxsiyyətlər az da olsa, hələ var və keçdikləri həyat yolu ilə nümunəvi insan örnəyi yaradırlar. Sizin yorulmaz mübarizəniz və fəaliyyətiniz "Azərbaycanda prinsipial və ardıcıl siyasətçi necə olmalıdır?” sualının əyani cavabıdır. Müəlliflik hüququ Sizə məxsus olan "Siyasətdə kişi və qadın yox, kişilik və nakişilik var” ifadəsi Azərbaycan siyasətinin ən işlək aforizmlərindən biri olaraq, Sizin insani-siyasi portretinizi yüksək dəqiqliklə əks etdirir.
Məndən Sizi xəbər aldıqda, "Kişi adamdır!" deyirəm. Fikrimcə, bu ifadə Sizi ən çox səciyyələndirən söz birləşməsidir. Şahidi olmuşam ki, haqqınızda danışanlar da daha çox bu söz tandemindən istifadə edirlər. Azərbaycan mənəvi dəyərlər sisteminin zirvəsi olan bu qiyməti mətin davranışınızla əldə etmisiniz.
Yüksək mənəvi keyfiyyətlərə əsaslanan fəaliyyətiniz Sizə Azərbaycanın ən yeni tarixində xüsusi yer qazandırıb və inanıram ki, Lalə Şövkət siyasətdə hələ ki əsas sözünü deməyib.
Hörmətli Lalə xanım!
Sizi bir daha yubileyiniz münasibəti ilə səmimiyyətlə təbrik edirəm, Şəxsinizə uzun ömür, can sağlığı arzulayıram, həyat idealınız olan bütöv, qüdrətli, demokratik Azərbaycan quruculuğuna yönəlik mübarizənizdə uğurlar diləyirəm.
Hörmətlə,
Əli Əliyev,
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi