06-11-2016 [20:13]
"Qərbin nə dediyinin mənim üçün əhəmiyyəti yoxdur. 53 il Avropa İttifaqının qapısında bizi gözlədən Qərbdən xeyirli nə gördük?”.
Bunu bu gün Sağlıq Elmləri Universitetində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror fəaliyyətinə dəstəklə bağlı Xalqların Demokratik Partiyasının (HDP) deputatlarının həbsinə münasibət bildirərkən söyləyib.
R. T. Ərdoğan deyib ki, ifadə vermək üçün prokurorluğa dəvət edilənlər bu dəvəti qəbul etmirlərsə, "bacarırsınızsa, gəlin bizi aparın” deyirlərsə, hüquq onların zorla ifadə verməyə gətirilməsini tələb edir:
"Heç kim özünü hüququn üzərində görə bilməz. Məhkəmənin qərarından razı olmaya bilərsiniz, mənim də məhkəmə ilə bağlı narazı qaldığım məqamlar olub. Ancaq heç vaxt prokurorluğu, məhkəməni tanımadığımı bildirmədim. Bir zaman İstanbulun bələdiyyə sədri idim, məni də ifadəyə çağırdılar, məni həbs etdilər. Heç bir şou da göstərmədim, sakitcə getdim. Millət isə nə dedi? Bu məhkumluğu qəbul etmədi. Dedi ki, get, partiyanı qur. Partiyamızı qurduq, millət bizə səs verdi”.
Türkiyə prezidenti vurğulayıb ki, əgər deputat yox, terrorçu kimi davranırlarsa, terrorçu münasibəti görəcəklər: "Fikir azadlığına hörmətimiz var, ancaq millətinə xəyanət edənlərin ədalət mühakiməsi qarşıma çıxarmaq bizim borcumuzdur. Terror təşkilatına dəstək verdikləri üçün bir hissəsi ifadə verməyə çağırılan və həbs edilənlərlə bağlı Qərbin reaksiyasını gördük. Türkiyənin Avropa İttifaqından, hüquqdan uzaqlaşdığını söyləyənlər var. Qərbin mətbuatı da geri qalmır”.
R. T. Ərdoğan Avropanın terrora dəstək verdiyini vurğulayıb: "Bizim məhv etdiyimiz PKK terrorçularının əlində Qərbin verdiyi silahlar var. Son zamanlar ağır silahlar da aşkar edirik. Soruşanda, Qərb deyir ki, bu silahları İŞİD-lə mübarizə üçün vermişdik. Kimi aldadırsınız?
PKK-nın əlindəki silahların hamısı Qərbin silahlarıdır. Qərbin HDP deputatları ilə bağlı söylədikləri də bizim üçün önəmli deyil. AKP-nin rayon təşkilatlarının üzvləri, müəllimlər, mühəndislər PKK terror təşkilatı tərəfindən qaçırılanda, Qərbin səsi niyə çıxmırdı? PKK deputatları insandır, terror təşkilatının qaçırdığı insanlar deyilmi? Türkiyədə də hüquq tərəfsizdir. Mənə diktator demələri vecimə deyil”.
AzNews.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi