Siqaretlər ucuzlaşacaq? - Rəsmi açıqlama

img

06-11-2016 [13:17]


Tütün və tütün məmulatlarının reklamının tam qadağan olunması Azərbaycan istehsalı olan siqaretlərin ucuzlaşmasına səbəb ola bilər.

Bu sözləri "European Tobacco Baku" şirkətinin idarə heyətinin sədri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, reklamın qadağan olunması əsasən yerli istehsalçıların satış həcminə mənfi təsir göstərəcək, çünki məşhur xarici şirkətlər yerli bazarda artıq kifayət qədər tanınır.

Tütün və tütün məmulatlarının reklamının qadağan olunması barədə qanun layihəsi parlamentin plenar iclasında müzakirə olunacaq.

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA