Füzulinin Qayıdız qəsəbəsinin 6 və 7 saylı orta məktəblərində seminar keçirilib

img

12-05-2010 [05:14]


?Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Qloballaşan dünyada ekoloji tərbiyə? layihəsi çərçivəsində Füzuli rayonunun Qayıdış qəsəbəsinin 6 və 7 saylı orta məktəblərində seminar keçirib. Hər iki məktəbdə təşkil olunan seminarlarda orta məktəblərin yuxarı sinif şagirdləri iştirak edib. Tədbirdə İctimai Birliyin təlimçiləri Mirmehdi İbişov və Mirdamət Quliyev hazırda dünyada mövcud olan ekoloji problemlərlə bağlı iştirakçılara məlumat veriblər. Azərbaycanda, xüsusilə Qayıdış qəsəbəsinin yerləşdiyi haramı düzündə mövcud olan ekoloji problemlər, yaşıllıqların azlığı, ermənilərin işğal altında olan torpaqlarda törətdiyi yanğınlar barədə çıxışlar edilib. Həmçinin problemlərin həlli üçün şagirdlərin öz təşəbbüsləri ilə ata biləcəyi addımlar, yeni yetişən nəsildə ekoloji tərbiyənin gücləndirilməsi və ekoloji sağlamlığın əhəmiyyəti seminarda izah edilib. Seminar iştirakçılarına təşkilatın hazırladığı ?Ekoloji tərbiyə? kitabçası paylanıb. Kitabçada Azərbaycanın ekoloji vəziyyəti və mövcud problemlər, problemlərin həlli işə bağlı ekspert rəyləri, yeniyetmələrin ekologiyanı qoruması üçün tərbiyəvi məqalələr yer alıb. Seminarda orta məktəblərin müəllimləri, təhsil işçiləri də dinləyici kimi iştirak edib. Qeyd edək ki, ictimai Birlik Haramı düzündə yeni salınmış Qayıdış və Xocavənd qəsəbələrində yaşayan məktəblilərin ekoloji cəhətdən maarifləndirilməsi, onlarda yaşıllıq salmaq təşəbbüslərinin gücləndirilməsini vacib hesab edir. Seminarlardan əlavə həm yeni əkilmiş ağaclara, həm də ötən illərdən əkilmiş ağaclara qulluq məqsədi ilə iməciliklərin, müxtəlif ekoloji şüarlar altında məktəblilər arasında idman yarışlarının keçirilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA