05-11-2016 [23:55]
"Görürəm Milli Məclisin ən uzunömürlü, hətta deyərdim ki, anadan olandan elə ancaq və ancaq rahat kabinetlərdə yaşa dolan, faydalı iş əmsalı demək olar ki, çox aşağı olan deputatlarından biri Hadı Rəcəblinin Qarabağ müharibəsinin əlilləri və iştrakçıları ilə bağlı son yerində olmayan açıqlamasl aləmi biri-birinə qatıb".
Mia.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, sosial şəbəkədəki səhifəsində parlamentin komitə sədri Hadı Rəcəblinin Qarabağ müharibəsinin veteranlarına təzminat ödənilməsi barədə dediyi fikirlərə münasibətini bildirib.
Ü.Cəfərov yazıb: "Təkcə sosial şəbəkələrdə deyil, elektron və çap mətbuatı da bu məsələyə geniş diqqət ayırıb. Sosial şəbəkədəki dostlar, tanışlar mənə də bəzi suallar və iradlar ünvanladıqlarına görə də, mən bu məsələdə öz mövqeyimi buradan açıqlamaq istəyirəm.
Vallah əziz dostlar, mən, Milli Məclisdə oturan və bəzən "qaş düzəldən yerdə vurub gözü çıxaran" şəxslərə görə çox xəcalət hissi keçirirəm. Onların içərisində isə ən çox utandığım və narahatçılıq hissi keçirdiyim şəxslərdən biri də məhz Hadı Rəcəblidir. Bu şəxsin son dövrlər pedaqoji sahədəki insanlarla, müharibə iştrakçııarı, şəhid ailələri ilə bağlı verdiyi əndrabadi açıqlamalara görə isə sadəcə böyük təəssüf və təəccüb hissləri keçirirəm.
Onunla eyni rayondan, eyni kəndə doğulub boya-başa çatmağımıza, hardasa ana tərəfimdən hətta qohum olmağımıza baxmayaraq, bu adam mənim üçün hər zaman çox qeyri-səmimi, məddah və öz şəxsi maraqları naminə nəyə desəniz getməyə hazır olan bir şəxs olub.
Hesab edirəm ki, onun uzun illər partiya-sovet məktəbində çalışması və rəhbər şəxslərin əlinin altında özünü "doğrultması"nın nəticəsidir ki, bu adam uzun illər Milli Məclisə ən vacib komissiya və komitələrdən birinə - sosial siyasət daimi komissiyasına rəhbər kimi təyin edilib və bu gün də təəssüflər olsun ki, bəzən nə danışdığının fərqində olmur.
Özü də, öz qıcıq yaradan bəzi yersiz açıqlamaları, təklifləri ilə cəmiyyətdə dövlətə və hökumətə qarşı çox aqressiv münasibət sərgiliyən atmosfer yaradır. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs öz məsuliyyətini dərindən dərk etməli, cəmiyyətin ən həssas təbəqələrindən biri olan Qarabağ müharibəsinin iştrakçıları, şəhid ailələri, əlil olmuş şəxslərlə və digər kateqoriyadan olan insanlarla bağlı son dərəcə ehtiyatlı, məsuliyyətli ifadələrdən istifadə etməlidir.
Hələlik isə, mənim yaşı kifayət qədər çox olan Hadı Rəcəbliyə bir tövsiyəm olardı ki, onun fikirlərinin konteksdən çıxarılması və ya təhrif olunması ilə bağlı açıqlamalar əvəzinə, özündə cəsarət tapıb, indiyə qədər etdiyi ciddi xətalara görə üzr istəyib üzüsulu istirahətə getsin. Şükürlər olsun ki, bu illər ərzində özünə və doğmalarına kifayət qədər komfort şərait və babat biznes şəbəkəsi qurub. Belə gedişlə isə, onu tarixin yaddaşında heç də xoş olmayan bir xatırlanma gözlüyür.
Fürsətdən istifadə edib, mənim üçün əziz olan 74 saylı Lənkəran Seçki Dairəsinin hörmətli seçicilərindən, mənim tanıdığım minlərlə insanlardan xahişim budur ki, Hadı Rəcəbli yoldaşa, cənaba başa salsınlar ki, o, artıq "qırmızı xətti" bir neçə dəfə keçib. Təmsil etdiyi rayonun və elin günahı yoxdur ki, belə bir uğursuz siyasət və elm adamı bu gün öz əndrabadi və qıcıq dolu çıxışları ilə cəmiyyətdə çox böyük narazılıq və hiddət yaradır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi