Müsavatla DUi 10 min nəfərlik yürüz mitinqi keçirmək istəyir

img

12-05-2010 [05:07]


Dünən Müsavat Partiyası və DUİ-ya daxil olan partiyalar mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova məktub göndərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, BŞİH-nə göndərilən məktubda deyilir: ?Müsavat Partiyası və DUİ-yə daxil olan partiyalar Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və ?Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu?na əsasən 21 may 2010-cu il tarixdə saat 1700-dən 1900-dək ? Rüşvətxorluğa və korrupsiyaya son qoyulsun!?, ?Seçkiqabağı demokratik şərait yaradılsın!?, ?Seçki komissiyaları paritet əsaslarla formalaşdırılsın!?, ?Mətbuat üzərinə basqılara son qoyulsun!? və sair şüarlarla aşağıda qeyd edilən dörd ünvandan birində yürüş-mitinq və ya mitinq keçirməyi planlaşdırır: 1. İncəsənət gimnaziyasının qarşısından başlayaraq Hüseyn Cavid prospekti ilə yürüş, sonda Hüseyn Cavid bağında mitinq. 2. ?Nərimanov? kinoteatrı qarşısındakı meydanda mitinq. 3. Çay fabrikinin yanından başlayaraq D. Əliyeva adına küçə ilə yürüş, sonda S. Vurğun bağında mitinq. 4. Bakı Şəhər İcra Hakimiyyəti, Prezident Aparatı və ya Nazirlər Kabinetinin 200 m-lik məsafədə uyğun məkanda mitinq. Kütləvi aksiyanın keçirilməsi üçün qeyd edilən ünvanlardan birini müəyyən edərək, təşkilatçılara məlumat verməyinizi xahiş edirik. Yürüşdə və mitinqdə 10 min nəfərin iştirakı gözlənilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA