05-11-2016 [18:06]
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev "MTN işi” üzrə dindirilə bilər. O, qanunsuz həbsindən tutmuş rəhbərlik etdiyi nazirliyin faktiki sıradan çıxarılması, işçisi, istintaq zamanı öl(dürül)ən Əlihüseyn Şalıyevin ölümü ilə bağlı qiymətli ifadələr verə bilər.
F.Əliyevin MTN-ə rəhbərlik etmiş şəxslər tərəfindən törədilmiş cinayətlər haqda bilgiləri isə bir deyil, iki deyil…
O dövrdə baş verənləri yada salmaq üçün arxivlərə baş vurduqda, çox maraqlı mənzərə üzə çıxır.
Fərhad Əliyev mərhum prezident Heydər Əliyev tərəfindən gənc yaşlarında irəli çəkilmiş kadrlardan olub. İqtisadi inkişaf naziri vəzifəsinə gətiriləndən sonra ona çox böyük səlahiyyətlər verilmişdi. O, ölkə rəhbərindən böyük kart-blanş almışdı.
Amma yad regiondan olması (Cəlilabad rayonunun Alar kəndi – red.) faktı ona ciddi mane olurdu. Fəqət F.Əliyevin problemi təkcə yad regiondan olması ilə bitmirdi. Hakim klan "dünənin uşağı” hesab etdiyi F.Əliyevin sarayda bu cür rəğbətlə qarşılanmasını həzm etməyə çətinlik çəkirdi. Bu səbəbdən onu bir qaşıq suda boğmağa hazır olan qüvvələr vardı hakimiyyət daxilində.
Bir yandan da dövrün bəzi qəzetlərində F.Əliyevin Qərbpərəst, Amerikanın adamı, hətta gələcəyin prezidenti kimi təqdim edilməsi, sözün siyasi mənasında, onun sonunun yaxınlaşdırırdı. İqtidardakı rəqibləri onun xırda bir yanlışını ölkə rəhbərinə xəyanət kimi çatdırmaqda çox maraqlı idi.
Nəhayət, F.Əliyev 2005-ci ilin ortalarında əsəblərinə hakim kəsilmə bilmədi və düşmənlərinin gözlədiyi yanlışı yapdı. Telekameralar qarşısına çıxıb iqtidardakı rəqiblərinə barmaq silkələdi: "Məni bu vəzifəyə xalq seçib”, "mən təmiz qanlı türk oğluyam”, "monopolistlərə imkan vermədiyim üçün…” kəlmələrini işlətdi. Bununla da siyasi düşmənlərinin dəyirmanının çarxını hərəkətə gətirirdi. Sonrası zatən məlumdur…
Onun həbsindən sonra nəzarət etdiyi iqtisadi sahədə əmlakın yenidən bölüşdürülməsi prosesinə start verildi. Bu prosesdə o zamankı milli təhlükəsizlik naziri Eldar Mahmudov və komandası əsas rolu ifa edirdi. Fərhad Əliyev elə bir zəngin nazir idi ki, onun əmlakını bir nazir qapazlaya bilməzdi, ona çox gələrdi… Bu üzdən F.Əliyevin və qardaşı Rafiq Əliyevin əmlakı, var-dövləti hakimiyyətdə təmsil olunan bir qrup tərəfindən pay-püş edildi.
Paralel olaraq F.Əliyevə yaxından-uzaqdan bağlı olan, ona salam verən, onunla iş quran xeyli sayda vəzifəli şəxs, biznes adamı hüquq-mühafizə orqanlarının repressiya maşınından keçirildi. Minlərlə insan bu prosesdən zərər gördü.
Onların arasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin rəhbəri Əlihüseyn Şalıyev də vardı.
Bu, o Əlihüseyn Şalıyev idi ki, Ukraynada təhsil alıb, orada uğurlar qazanmış, böyük bir tikinti şirkətinin rəhbərliyində öz savadı, biliyi ilə vəzifə qazanmışdı. Onun Azərbaycana gəlişi də təsadüfi olmamışdu. Mərhum prezident Heydər Əliyev Ukraynada keçirilən iqtisadi forumda bu ölkədə çalışan azərbaycanlıları ölkəyə qayıdaraq biliklərindən iqtisadiyyatın dirçəldilməsi üçün istifadə etmələrinə çağırış etmişdi. Nəticə özünü çox gözlətməmişdi – ölkəyə biznesi bilən, yeni iqtisadi qaydalarla işləmək bacarığı olan xeyli kadr gəlmişdi. Əlihüseyn Şalıyev də onlardan idi. 2001-ci ildə ölkəyə dönən Şalıyevin bilik, bacarığı haqda soraq alan Fərhad Əliyev ona nazirlikdə vəzifə vermiş, sonradan çox mühüm bir postu tapşırmışdı. Əli və vicdanı təmiz Ə.Şalıyev ona olan inamı tez bir zamanda doğrulda bilmişdi.
Bir haşiyəyə çıxaraq Fərhad Əliyevin rəhbərlik etdiyi nazirlikdə lupa ilə axtarılan böyük cinayətlərin tapılmamasının yaratdığı gülünc ittihama nəzər salaq.
"Mahmudovçu” müstəntiqlər Şalıyevin departamentində çalışanlara dövlət əmlakını mənimsəmə ittihamı verib, onları "Fərhad Əliyevin dəstəsinin üzvü” kimi məhkəmə qarşısına çıxarmışdılar. Məhkəmədə ittihamların gülünclüyü hər kəsi çaşdırmışdı. Böyük bir hay-küylə, dövlət əmlakını mənimsəmək ittihamı ilə tutulan Şalıyevin işçisinə 2 hinduşkanı rüşvət olaraq qəbul etməsi kimi gülünc bir ittiham vermişdilər. Guya işçi sahibkara kredit vermək üçün 2 hinduşka rüşvət alıb.
Halbuki, həmin işçi sahibkara o dövr üçün, elə indinin özü üçün də balaca olmayan bir məbləği – 10 min dolların kredit verilməsini həyata keçirmişdi. Sahibkar məhkəmədə də gəlib demişdi ki, krediti alan zaman ondan bir qara qəpik də rüşvət alınmayıb, bundan sonra düşünüb ki, minnətdarlıq üçün 2 hinduşkanı aparıb həmin işçinin tanıdığı yaxınlarının həyətinə qoysun. Elə belə də eləmişdi.
İşgüzar münasibətləri Əlihüseyn Şalıyevlə F.Əliyevi yaxınlaşdırmışdı. Bunu 2004-2005-ci illərdə uzaqdan-yaxından ölkədəki islahatlarla maraqlanan hər kəs kimi inhisarçılar da bilməmiş deyildilər. Fərhad Əliyevin həbs edilən komandasının üzvlərini şül-küt edən "mahmudovçular” onlardan yalan ifadələr tələb edirdilər. Belə durumla üzləşən Əlihüseyn Şalıyevi həbsindən 10 ay sonra, 2006-cı il avqustun 5-də saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından "sol tərəf residiv qasıq-xaya yırtığı” diaqnozu ilə Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə yerləşdirmişdilər. Hələ o dövrdə Ə.Şalıyevin döyülmələrdən sonra, ona vurulan təpiklərin nəticəsi olaraq belə bir diaqnozu "qazandığı” deyilirdi. Ə.Şalıyevin cərrahi əməliyyatdan sonra səhhəti yaxşılaşmışdı. Lakin üstündən az keçmiş o, xəstəxanada hər iki qolunun damarlarını doğrayaraq intihar etdi. Və onun intihar etməsi görüntüsünü yaradan rəsmi açıqlamalar verildi. Ombudsman Elmira Süleymanova da işə qoşuldu. Onun dilindən səslənən "İntihar edən Əlihüseyn Şalıyevin incidilməsindən söhbət gedə bilməz” sözləri hökumətyönümlü medianın əsas başlığına çevrildi.
Ortaya bir məktub atıldı. Həmin məktubun Əlihüseyn Şalıyevin ölümündən əvvəl yazdığı ictimai rəyə pərçimləndi. Məktubda Şalıyev ölümündə kimsənin günahlandırılmasını istəmədiyini yazılmışdı. Onun ölüm işi üzrə Bakı şəhər Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə başlanan cinayət işi az keçmədi ki, xitam olunaraq arxivə göndərildi.
Bu gün isə həmin arxivlərin açılması, Əlihüseyn Şalıyevin barəsində quraşdırılan saxta ittihama, onun ölümünün səbəbinə baxmaq, obyektiv qiymət vermək zamanı yetişib. Bu baxımdan, Fərhad Əliyevin də o dövrdə baş verənlərin şahidi qismində ifadə vermə zərurəti yaranıb. Bundan başqa Əlihüseyn Şalıyevin yaxınlarının, ailə üzvlərinin də dindirilməsinə ehtiyac var.
"Mən prezidentdən xahiş edirəm, hər şey düzgün və bizim iştirakımızla araşdırılsın. Qardaşıma qəsd olunub. Günahkar cəzasını almalıdır”, – bu sözləri Şalıyevlər ailəsi adından qardaşı Kamil Şalıyev o dövrdə mətbuata verdiyi açıqlamalarda demişdi. Əlihüseyn Şalıyevin ailəsi onun intihar etdiyinə inanmadığını, öldürüldüyünü açıq şəkildə deməkdən çəkinmirdilər. Buna görə də prezident İlham Əliyevə müraciət edərək, onları qəbul etməsini istəyirdilər. Deyirdilər ki, Əlihüseyn Şalıyev həm fiziki, həm psixoloji baxımdan sağlam olub. Kamil Şalıyev qardaşının yalnız təzyiqlər nəticəsində intihara əl ata biləcəyini deyirdi: "İntihar etsəydi, on ay ərzində təzyiqlərə dözməzdi…”
Aydındır ki, 2006-cı ildə Şalıyevlərin ölkə rəhbərliyi tərəfindən eşidilməsinin qarşısının alınması üçün ən müxtəlif yollardan istifadə edilmişdi. O dövrdə yenicə nazir kreslosunu öz ölçülərinə uyğunlaşdıran Eldar Mahmudov şikayətçilərin "yuxarı”larda eşidilməsinin qarşısını müxtəlif yollarla ala bilirdi. Bu praktikadan nazir olduğu dövrdə ən geniş şəkildə istifadə etmişdi. İndi isə Eldar Mahmudov nazir deyil, onun hansısa prosesə mane olmaq imkanları ciddi şəkildə zəifləyib. Həqiqətlərin üzə çıxması üçün isə cəmi 1 addım lazımdır və bu addımı ata bilən şəxslərin önündə Fərhad Əliyev dayanır…
"Yeni Müsavat”a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, F. Əliyev yaxın günlərdə Azərbaycana dəvət ediləcək. Onun MTN işi istintaqı üzrə ifadə verəcəyi deyilir. O da bildirilir ki, sabiq nazir bəzi təminatlar altında Eldar Mahmudovla və başqa həbs edilən MTN generalları ilə üzləşdiriləcək.
musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi