05-11-2016 [17:11]
Bu ilin aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan uzun müddət sonra cəbhədə artıq sanki canlanma hiss olunur.
Ermənistanın silahlı qüvvələrinin Ağdamın işğal altındakı kəndlərində bir ay bundan qabaq başlayan hərbi təlimləri sanki aprel hadisələrinin yenidən başlaya biləcəyinə işarə edir.
Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın təmas xəttində hər bir addımını ciddi cəhdlə izləyir, vəziyyəti nəzarətdə saxlamağa çalışır.
Bəs görəsən bu gün Ermənistan-Azərbaycan cəbhə xəttində nə baş verir ? Ermənistanın apreldə aldığı zərbələrdən sonra yeni planı nədir? Seyran Ohanyanın yerinə gətirilmiş "diplomat” müdafiə naziri Vigen Sarkisyan cəbhədə nə etmək istəyir ?
"Ermənistan ordusundakı zabitlər yeni müdafiə nazirindən narazıdır...”
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid OrucModern.az-a açıqlamasında son günlər hiss olunan hərbi canlanmanı bu cür şərh edib: "Ermənistan hökuməti 4 günlük müharibəyə qurban verildi və tamamilə tərkibini dəyişdilər. Yeni müdafiə naziri beynəlxalq münasibətlər və diplomatiya sistemdən gələn bir adamdır.
Bu gün erməni ordusunda yeni nazirə qarşı "Qarabağda mən can qoymuşam, nəyə görə nazir mən olmamalı idim” deyən hərbiçilərin narazılığı var.
Silahlı qüvvələr içində bu gün xeyli müxalif dəstə yetişir. Vigen Sarkisyan da buna görə də düşünür ki, bütün cəbhə boyu ərazilərdə özünü göstərməlidir. Bu həm nazir kimi özünün və həm də Sarkisyanın nüfuzunun artırılmasına hesablanıb. Ağdam daxil olmaqla bir sıra ərazilərə silah-sursat, gecə görmə cihazları və kəşfiyyat arsenalı gətirilib”.
"Rusiya Ermənistanı Azərbaycana satdı...”
Deputat bildirib ki, Ermənistan "İsgəndər-E” raketini nümayiş etdirməklə erməniləri arxayın salmaq istəyir. "Azərbaycan aprel ayından sonra operativ taktiki şəraiti nəzərə alaraq daha müasir və güclü silahlarını yerləşdirib. Buna görə də sonuncu paradda Gümrüdəki "İsgəndər-E” raketi gətirib öz gücləri kimi ermənilərə sırımağa çalışırlar.
Cəbhədəki son təxribatlar sübut edir ki, apreldə verilmiş olan vədlərin hələ də yerinə yetirilməməsi ermənilərdə ciddi narazılıq yaradır. Ermənilər bu gün "aprel hadisələrindən sonra Rusiya bizi Azərbaycana satdı, Azərbaycanı silahlandırdı” obrazını yaratmağa çalışırlar. Cəbhədəki son təxribatlar da məhz bununla bağlıdır”.
"Türkiyə və Rusiya Qarabağda baş-başa gələ bilər...”
Z.Oruc söyləyib ki, cəbhə xəttində yenidə hava hücumuları başlasa münaqişə regiondan çıxacaq: "Artıq Ermənistanın hansısa cəhdlərlə vəziyyəti apreldən qabaqkı formaya gətirməsi mümkünsüzdür. Onlar bunu bilirlər. Son aylar Türkiyə-Azərbaycan birgə hava təlimlərinin genişlənməsi də sübut edir ki, əgər Qarabağdakı hərbi əməliyyatlar hava hücumu səviyyəsinə qalxsa, münaqişə Azərbaycan-Ermənistan məcrasından çıxaraq region və digər super güclərin səviyyəsinə keçəcək.
Nəticədə Rusiya və Türkiyə Qarabağda baş-başa gələ bilər. Amma Azərbaycanda bu gün bunda maraqlı deyil. Əgər regionda belə bir iri miqyaslı hərbi əməliyyatlar başlasa bu artıq bizim yox, böyük güclərin müharibəsi olacaq. Nəticədə isə bu müharibədə nə Azərbaycan və nə də Ermənistan qalib gəlməyəcək. Bu ancaq hər iki tərəf üçün məğlubiyyət olacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi