"Heç kimin xahiş etməmişəm..." - General Həsən Şirinovdan "MTN işi" ilə bağlı açıqlama

img

04-11-2016 [22:57]


Bir müddət bundan əvvəl bir sıra saytlarda "MTN işi" ilə bağlı həbs edilən daha sonra azadlığa çıxan Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidovun azadlığa çıxmasında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinovun köməklik etdiyi, Fətulla Seyidovun bu vasitə ilə azadlığa çıxdığı bildirilirdi.

Yayılan məlumatda generalın yaxın qohumu kimi təqdim edilən Fətulla Seyidovun azadlığa çıxması üçün Həsən Şirinovun bir çox qrumlarla danışığa girdiyi bildirilirdi.

Mia.az xəbər verir ki, yayılan məlumatla bağlı bizimyol.info saytının əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinovla əlaqə saxlayıb.

O, məlumatın yalan olduğunu bildirib: "Başa düşmədim bu məlumatlar haradan çıxır. Mən, heç kim üçün xahiş etməmişəm, bu, yalan böhtan məlumatdır. Bu məsələlərin mənə nə aidiyyatı var?

 Belə məlumatlar mənə qarşı yalnış fikir oyadan, qarayaxma kampaniyasıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA