04-11-2016 [22:47]
Əməkdar Rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsviri sənət kafedrasının dosenti Rais Rəsulzadənin 70 illik yubileyi ilə bağlı böyük sərgisi keçirilib.
"Gələcəyə öz keçmişinin çiynində gedən rəssam” adlı fərdi yaradıcılıq sərgisi "Yeni Gallery” Bakı İncəsənət Mərkəzində baş tutub. Sərgidə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Mia.az Musavat.com.a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə "Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmməd açararaq yubliyarı təbrik edib, ona uğurlar arzulayıb:
"Bu gün Azərbaycanın əməkdar rəssamı, pedaqoq və ziyalı Rais Rəsulzadənin doğum günüdür. Biz Rais bəyi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları diləyirik.
Lakin bu gün təkcə Rais bəyin yubileyinin qeyd edildiyi gün deyildir. Bu gün, eyni zamanda, XX əsrin əvvəllərində qazanılmış Azərbaycan istiqlalınını bir daha yada salmaq fürsətidir. Çünki Rais bəy təqribən 100 il öncə bu istiqlalı xalqımıza bəxş etmiş bir tarixi zirvənin - Məhəmməd Əmin Rəsulzadənin qan yaddaşının, genofondunun daşıyıcısıdır. Və biz bu gün belə bir insanın həyatında baş verən əlamətdar hadisənin birgə sevincini yaşayırıq.
Həqiqətən də Rais Rəsulzadə bütün həyatı boyu öz ata-babalarının böyük adı ilə onların həyat kredosunun və seçiminin mənəvi yükü altında irəliləmişdir. Bu yük çox ağır yükdür. Çünki bu yük milli istiqlal yüküdür, milli-mənəvi və əxlaqi-etik yükdür. Bu keyfiyyətdə olan yükü daşımaq heç də asan məsələ deyildir. Bu yük tarix tərəfindən seçilmiş insanlara həyatın bütün sınaqlarından ləyaqətlə keçməyə yardımçı ola biləcək güc və ilham mənbəyidir.
"Bir kərə yüksələn bayraq, bir daha enməz!" demişdi M. Ə. Rəsulzadə. Rais bəy də öz növbəsində, şəxsi həyat nümunəsi ilə babasının bir kərə yüksəlmiş adını enməyə qoymamaq missiyası ilə ömür sürdü".
Sənətşünas Ziyadxan Əliyev isə qeyd edib ki, keçirilən sərgi Rəsulzadə ailəsinə verilən bəraətin ifadəsidir:
"Sərginin keçiriləcəyi ilə bağlı Rafael müəllimlə danışdıqdan sonra çox düşündüm ki, bu sərgiyə nə ad qoyaq. Lakin sonra onun keçmişi yadıma düşdü, buna görə də sərgiyə "Gələcəyə öz keçmişinin çiynində gedən rəssam adını verdik. Rais bəy sənətə Sovet dövründə çiynində ağır yüklə gəldi. Və bu yük hələ də azalmayıb və bu yükü daşımaqdadır.
Bu sərgidə akvarel əsərlər toplanıb. Bəziləri düşünür ki, bu üslub asandır. Lakin rəssamlar bilir ki, qrafikanın ən çətin üsulu akvareldir. Bu üsulda rəssam öz hisslərini, duyğularını əks etdirə bilir.
Bu günki keçirilən sərgi inanıram ki, hər birimizə qürur gətirəcək".
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi Ağa Əli İbrahimov da çıxış edib. O, qeyd edib ki, təmsil etdiyi qurumda rəssamın daha böyük sərgisi təşkil olunacaq:
"Çoz gözəl sərgidir. Raislə biz hələ məktəb illərində bir yerdə oxumuşuq, daha sonra isə eyni universitetdə təhsil almışıq.
Onun bütün əsərləri bir-birinə bənzəməyən çox gözəl, peşəkar rəsmlərdir. Noyabr ayında Rəssamlar İttifaqında Rais Rəsulzadənin böyük sərgisini keçirəcəyik. Sevinirəm ki, Azərbaycanda belə şəxslər var".
Sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva da çıxış edərək rəssamı sərgi münasibəti ilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Akademik Ömər Eldarov da Rais Rəsulzadənin çox gözəl rəssam olduğunu vurğulayıb:
"Bilirdim ki, Rais Rəsulzadə çox yaxşı rəssamdır. Onun hər bir əsəri gözəldir, sanki hamısı damışır. Onu təbrik edir, uğurlar diləyirəm".
Şairə Nigar Həsənzadə isə yubliyara ithaf etdiyi şeirini oxuyub.
Sonda yubliyar Rais Rəsulzadə çıxış edərək sərgini təşkil edənlərə və iştirakçılara öz təşəkkürünü bildirib:
"Bu sərgini keçirməklə məni göylərə qaldırdız. Burada çox doğma simalar, 50 illik dostlarımı, tələbələrimi görürəm. Hər birinizə təşəkkür edirəm. Bu günki sərgidə bütün akvarel əsərlərim əhatə olunmayıb. İnşallah ki, daha böyük sərgidə onları təqdim edəcəm".
Qeyd edək ki, "Yeni Gallery” Bakı İncəsənət Mərkəzində keçirilən sərgi noyabrın 14-dək davam edəcək.








Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi