Mircəfər Bağırovun 1937-ci ildəki canlı səsiylə zəhmli çıxışı: "Amansız olacağıq" - FOTO, VİDEO

img

04-11-2016 [22:03]


İnternetdə  SSRİ dönəmində Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun nadir kinoxronikası yayılıb.

1937-ci ilə aid olan kinoxronikada SSRİ-də "Stalin Konstitusiyası”  adlandırılan yeni ali qanunun qəbulu ilə bağlı aparılan təbliğat mitinqi əks olunub. 300 min Bakı sakininin iştirak etdiyi bu mitinqdə Mircəfər Bağırovun çıxışı canlı səslə verilib. 

Rus dilində çıxış edən M. Bağırov sovet sistemini tərifləyir və düşmənlərə qarşı amansız olmağa çağırır.

Öz çıxışında 37-ci il repressiyalarına toxunan Bağırov bu həbslərə haqq qazandırır və "bütün düşmənləri aşkar edəcəklərini” deyir(Strateq.az).  




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA