04-11-2016 [20:10]



"Ankor” yağı 9 manat 90 qəpik, "Atena” 8 manat 20 qəpik, "Valio” 11 manat 90 qəpiyə satılır. Bundan başqa, nisbətən ucuz "Krestyanski” yağına da rast gəldik ki, bu da mağazada 3 manat 20 qəpiyə satılır. Lakin satıcı bizimlə söhbətində bu yağın adının kərə yağı olduğunu, əslində isə tamamilə marqarin dadı verdiyini dedi. Onun sözlərinə görə, daha çox maddi təminatı aşağı olan insanlar məcburən bu yağdan alırlar.
Topdansatış mağazalarında dondurulmuş toyuğun qiyməti 3 manat 29 qəpikdirsə, marketlərdə 3.49 - 3.69 manat arasında dəyişir.
Yağışlı hava da qiymət artımına təsir edib
Satıcılar artımın daha çox xaricdən gələn məhsullarda, o cümlədən, meyvə-tərəvəzdə olduğunu desələr də, yerli məhsulların da bahalaşdığını etiraf edirlər. Satıcı Mürsəl Bayramovun sözlərinə görə, yerli meyvə-tərəvəzdə də artım daha çox rayonlardakı yağışlarla əlaqədardır.

"Məsələn, narın qiymətində artım var, çünki yağış dəydikcə çatlayır. 1 manata satdığımız narı indi 1 manat 30 qəpiyə satırıq. Əvvəllər 80 qəpiyə satdığımız almanın qiyməti 90 qəpikdir. Bundan başqa, mövsümü bitən meyvə-tərəvəz də bir qədər bahalaşıb. Məsələn, pomidorun qiyməti 2 manat 60 qəpik - 3manat 20 qəpik arasındadır. Düzdür, 1 manat 50 qəpiyə də pomidor var, amma bu pomidorun rəngi açıqdır, özü də qızarmamış dərilib. Onu çox da alan yoxdur”, - satıcı deyir.
Bundan başqa, kartof, soğan və sarınmsağın da qiymətində az da olsa artım müşahidə olunur. İrandan gətirilən kartofun kiloqramı 70 qəpiyə satılır. Soğanın kiloqramının qiyməti 1 manat 25 qəpiklə 3 manat 10 qəpik arasında dəyişir. Sarımsağın kiloqramı isə 10 manat 70 qəpikdir.

Hava təmizləyicisi, şampun, yuyucu toz da bahalaşanlar siyahısındadır
Satıcıların sözlərinə görə, məişət məhsulları arasında ən çox qiyməti qalxan şampun, yuyucu tozlar və hava təmizləyiciləridir:
"Hava təmizləyicisi, yuyucu tozun qiymətindı artım var. Düzdür, hava təmizləyicisinin qiyməti çox qalxmayıb, artım cəmi 5 qəpikdir. Bu alıcı üçün gözə görünən fərq eləmir, amma satıcı bunu satmaq üçün topdansatışdan bir qutu götürür axı. Bu da təxminən 100-150 manat fərq eləyir. Əvvəl satıcı bunu almaq üçün 5000 manat verirdisə, indi 5200-5300 manat ödəyir”.
10-15 qəpik qalxan məhsullar da var. 5 manat 85 qəpiyə satılan şampun indi 6 manatadır. Yuyucu tozun qiymətində, sabunlarda da az da olsa artım var.

Topdansatış mağazalarında xurmanın qiyməti növündən asılı olaraq kiloqramı 6-14 manat arasında dəyişir. Bundan başqa, kiloqramı 20 manata təklif edilən İsraildən gətirilmiş xurma da var ki, bunun alıcısı çox az olur. Marketlərdə isə xurmanın kiloqramı 6 manatdan 24 manata qədər dəyişir.
Qoz ləpəsi 17-18 manat, fındıq isə 13-14 manatadır. Satıcıların sözlərinə görə, əvvəllər 8-9 manata satılan kişmiş indi 12 manatadır.
Lakin topdansatış mağazaları ilə müqayisədə marketlərdə həmişəki kimi qiymət artımına daha çox rast gəlinir. Məsələn, bazarda və topdansatış mağazalarında kiloqramı 60-70 qəpiyə satılan alma marketlərdə 2.80 manatdan başlayır. "Qızıl Əhmədi” növlü almanın qiyməti isə 3,58 manatdır.
Armudun kiloqramının qiyməti 3.80-4.35 manat arasında dəyişir. Nar 2.50-4.80, heyva 1.50-3.60, narıngi 1.20-2 manatadır.

Artımla yanaşı, diqqət çəkən məqamlardan biri də odur ki, əvvəllər daha çox yuvarlaq rəqəmlərlə işarələnən bütün qiymətlərin indi mütləq qəpik hissəsi də var. Yəni qiymətlər heç də rahat görünmür, sanki gərginlik qiymətlərdəki sakitliyi də pozub.
Qeyd edək ki, dəyişikliyə əsasən, Azərbaycana idxal edilən
1 kq ev toyuğu əti üçün - 1 dollar,
1000 ədəd toyuq yumurtası üçün - 100 dollar,
1 kq soğan üçün - 0,2 dollar,
1kq xiyar üçün - 0,2 dollar,
1 kq qoz-fındıq üçün - 1,5 dollar,
1 kq üzüm üçün - 0,4 dollar,
1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün - 0,3 dollar,
1 kq xurma üçün - 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.
O cümlədən, meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və 2 il müddətində qüvvədədir.
Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi