04-11-2016 [20:05]
"Polis binasının partladılması ölkədə böhran yaratmaq, hökumətin fəaliyyətini iflic etmək, güc orqanlarına itaətsizlik göstərmək, xalqı terrordan asılı vəziyyətdə saxlamaq niyyəti ilə edilir”.
Mia.az xəbər verir ki, bunu AzNews.az-a Milli Məclisin deputatı Zahid Oruc Türkiyədə 11 deputatın həbs olunmasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Türkiyənin hazırki mürəkkəb dönəmində 4 istiqamətə böyük bir cəbhə açılıb:
"Buradan hər kəs dövlət əleyhinə atəş yağdırır. Belə olan təqdirdə əsas nöqtənin sifarişçisinin hansı dairədə oturduğunu təyin etmək çox çətindir. Hətta mən ehtimal edirəm ki, bu dönəmdə Amerika Fətullah Güləni Türkiyəyə təslim edəcək ki, ömrünün bu ahıl dövründə qətlə yetirilsin, mücahidləşsin və müsəlman dünyasında adı xüsusi ismə çevrilsin. Onun tərəfdarları da real silahlı müharibəyə keçsin. Bu səbəbdən çox mürəkkəb əməliyyatlar gedir. Türkiyədə böyük "siyasi qətllər" baş verə bilər. Regionun əsas dövləti Türkiyədir. Dövlətin ayaqda qalması üçün hər kəs addım atmalıdır”.
Z.Oruc iki gün öncə Diyarbəkirdə bələdiyyə başqanının fəaliyyətinə başlaması üçün silahlı qüvvələrin, icra orqanlarının, həmçinin təhlükəsizlik strukturlarının yardımından istifadə etmək məcburiyyəti yarandığını vurğulayıb:
"Bir müddət öncə baş vermiş problemi çözmək üçün alternativ yol qalmadı. Bu o deməkdir ki, xüsusi ilə kürdlərin yaşadığı məkanlarda dövlət orqanlarının səlahiyyətlərini həyata keçirmək getdikcə çətinləşir.
İkincisi, artıq terror hadisələri Türkiyənin içərilərinə doğru yayılmaqdadır. Bu o deməkdir ki, qardaş ölkənin daxili həyatında vətəndaşların təhlükəsizliyini ən aşağı vəziyyətə qoymaq, ölkənin parçalamaq, separatizmi yaymaq istəyənlər aktiv bir şəkildə silahlanıblar. Bunları təkcə PKK ilə bağlı götürmək də çox yanlışdır.
Türkiyənin beynəlxalq siyasi münasibətləri o qədər yaxşı vəziyyətdə deyil. Xüsusi ilə də Rusiya ilə aktiv əlaqələrini bərpa etməsi, müxtəlif layihələr həyata keçirməsi onun daxilini sarsıtmaq istəyən qüvvələri ayağa qaldırıb. FETÖ əməliyyatından sonra HDP üzərindən PKK qüvvələrinin sərt bir şəkildə hərəkətə keçməsini görürük. Yəni, bir neçə qüvvənin marağı birləşib.
Polis binasının partladılmasının ardınca yəqin ki, müxtəlif siyası şəxslərə qarşı qətllər törətmək, ölkədə böhran yaratmaq, hökumətin fəaliyyətini iflic etmək, güc orqanlarına itaətsizlik göstərmək, xalqı terrordan asılı vəziyyətdə saxlamaq istəyəcəklər.
Mən heç şübhə etmirəm ki, Türkiyənin İraq və Suriya əməliyyatı ilə də bu terrorun bağlılığı vardır. Biz əlbəttə ki, Türkiyə prezidentinin siyası gücünü, onun idarəetmə səriştəsini, uzun illərdən bəri Türkiyənin aktiv bir şəkildə dünyanın güclü dövlətinə çevrilmək yolunda fəaliyyətini hər zaman yüksək qiymətləndirmişik”.
Z.Oruc hesab edir ki, İŞİD bayrağı altında birləşən qüvvələr növbəti dəfə hansı ölkəni hədəf seçəcəkləri ilə bağlı axtarışdadırlar:
"Çox ehtimal ki, qara bayrağı Türkiyə içərisində də qaldıranlar olacaq. Düşünürəm ki, Atatürk ideyalarına bağlı olan güclü bir xalq kimi Türkiyə cəmiyyəti terror qüvvələrinə, ölkədə hakimiyyət əleyhinə mübarizə aparmağa imkan verməyəcək. Lakin bu da fakdır ki, Türkiyədə radikallıq artıb, qütbləşmə dərinləşib, dövlət eleyhinə keçidli qüvvələr var, hətta düşmənlərin maraqları ortaqlaşıb. Ona görə də daxili və xarici cəbhədə Türkiyəyə hərəkət eləmək çox çətin olacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi