Səudiyyə OPEK-i hədələdi: "Əgər azaltmasanız..."

img

04-11-2016 [18:55]


Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEK) öz neft hasilatını artırmaqla hədələyib.
 
OPEK-ə üzv ölkələrin oktyabrın 28-29-da Vyanada keçirdikləri yığıncağın iştirakçılarının söylədiklərinə görə, Səudiyyə Ərəbistanı İranın neft hasilatını azaltmayacağı təqdirdə öz neft istehsalını gündəlik 11 milyon barreldən 12 milyon barrelə qədər artırmaqla hədələyib.
 
Səudiyyə Ərəbistanı nümayəndələri İranın neft istehsalını gündəlik 3,66 milyon barrel səviyyəsində "dondurması”nın vacibliyini bildiriblər.
 
OPEK, İran və Səudiyyə Ərəbistanı nümayəndələri məsələ ilə bağlı "Röyters”ə hər hansı şərh verməyiblər.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA