Nazirlik İcra Hakimiyyətinə müraciət etdi - Qanunsuz əməllə bağlı

img

04-11-2016 [14:23]


Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı 03 noyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt”inə şikayət daxil olub.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Araşdırma zamanı sözügedən ünvanda diametri 40 sm olan 1 ədəd tut və diametri 25 sm olan 1 ədəd sərv  ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA