“Turizm haqqında” qanun dəyişir - Cəza olacaq

img

04-11-2016 [12:55]


Azərbaycan turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaq.
 
APA-nın məlumatına görə, bu, yeni hazırlanmış "Turizm haqqında” qanun layihəsinin 92-ci (Məsuliyyət növləri) maddəsində əks olunub.
 
Maddədə bildirilir ki, turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə təsdiq edən əməkdaşların nəzərinə çatdırdıqdan sonra intizam pozuntusuna yol vermiş əməkdaşlar intizam məsuliyyətinə cəlb edilə bilər. Bu cür qaydalar olmadıqda, əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.
 
Maddənin digər bəndində isə göstərilir ki, turizm qanunvericiliyinin pozulması Azərbaycan qanunvericiliyinə əsasən, cinayət, inzibati və mülki-hüquqi məsuliyyətə səbəb olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA