"Avromed”də nə baş verir? - Deputat səhmlərini satıb

img

04-11-2016 [12:19]


Milli Məclisini deputatı, tanınmış iş adamı Cavanşir Feyziyev "Avromed”din təsisçiliyindən imtina edib və  səhmlərini satıb.

Mia.az BakuPost.az-a istinadən xəbər verir ki, millət vəkili səhmlərini satandan sonra şirkətin hüquqi statusu da dəşyişib.

Belə ki, şirkət MMC-dən Qapalı Səhmdar Cəmiyyətə çevrilib.

Deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, "Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə "Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA