04-11-2016 [12:35]
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə A. Çovdarovun qızı və oğlu şahid kimi ifadə veriblər.
Şahid qismində dindirilmiş Qasımova Aidə Akif qızı ifadəsində göstərib ki, MTN-nin sabiq baş idarə rəisi Akif Çovdarovun böyük qızıdır, 1998-ci ilin noyabr ayında Qasımov Rövşən İsa oğlu ilə evlənib və birgə nikahdan 2 qız övladı olub.
2005 və ya 2006-cı illərdə Rövşən Qasımov Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən meyvə-tərəvəz bazarının yarı hissəsini uzun müddət münasibətdə olduğu Elşən Hüseynov adlı şəxslə şərikli olaraq almaq istəyib. Həmin vaxtlarda əri ilə birlikdə onun biznes işləri ilə əlaqədar Rusiya Federasiyası Yekaterinburq şəhərində olub. Rövşən hissə-hissə 110.000 ABŞ dolları məbləğində pulu Elşənə verib. 2006-cı ildə Bakı şəhərinə köçüblər. Rövşən Rusiyadakı biznesini də Bakıdan idarə etməyə başlayıb, bazarla bağlı hər bir səlahiyyət faktiki olaraq Elşəndə olub. 2013-cü ildə Rövşən onu Binəqədi rayonunda köhnə polis idarəsinin qarşısında yerləşən notariusa aparıb, orada müəyyən sənədlərə imza edib. Sonradan ərinin deməsinə görə imzaladığı sənədlər Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən "Nəzrin E MMC”-nin tərkibində olan meyvə-tərəvəz bazarının 50 faizinin Elşən Hüseynovun adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı olub. Hazırda həmin bazarın 50 faiz pay hissəsi onun adınadır, digər 50 faiz hissəsi isə MTN-in nazir müavini Hilal Əsədovun arvadı Nüşabə Əsədovaya məxsusdur.
Şahid qismində dindirilmiş Çovdarov Ruslan Akif oğlu ifadəsində göstərib ki, "Nəzrin E” MMC-yə məxsus Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən meyvə-tərəvəz bazarı kürəkəni, Rövşən Qasımovun yaxın dostu Elşən Hüseynov tərəfindən 2006-cı ildə alınıb. Lakin bazarın 50 faizini alıb. Sənədlə bazarın 50 faiz payı Elşən Hüseynovun adına rəsmiləşdirilsə də, Elşənə pulun çox hissəsini kürəkəni Rövşən Qasımov verib, sonradan isə Elşən həmin bazarı kürəkəni Rövşən Qasımova versə də, rəsmiləşmə onun bacısı Aida Qasımovanın adına aparılıb. Hazırda bazarın 50 faizi bacısı Aida Qasımovanın adına, digər 50 faizi isə bildiyinə görə Ənvər Məmmədov adlı şəxsə məxsus olub. Hazırda həmin payın kimə məxsus olduğunu bilmir. Özünün həmin bazarda heç bir payı yoxdur. Ümumiyyətlə isə "Nəzrin E” MMC-in fəaliyyəti ilə bağlı heç bir rolu olmayıb. Atası Akif Çovdarovun xidməti fəaliyyətindən məlumatı yoxdur. Ondan iş fəaliyyəti ilə bağlı heç bir şey soruşmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi