Tədris Cərrahiyyə Klinikasına yeni baş həkim təyinatı

img

04-11-2016 [10:14]


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni baş həkim təyin olunub.

Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib. O qeyd edib ki, klinikanın yeni baş həkimi Tibb Universitetinin II xəstəliklər kafedrasının professoru Rauf Maqsudoğludur.


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev yeni baş həkimi kollektivə təqdim edib.

Qeyd edək ki, klinikanın keçmiş baş həkimi Asiman Həsənov öz ərizəsilə tutduğu vəzifədən azad olunub.

azvision



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA