Dazqından sonra Sabirabadda 36 nəfərin itkin düzdüyü bildirilir

img

12-05-2010 [02:42]


Kür çayı sahilində baş verən daşqın və sel fəlakəti daha da geniş miqyas almağa başlayıb. Rəsmi qurumlar heç bir məlumat verməsə də həyatını itirən və İtkin düşənlərin sayı durmadan artmaqdadır. Dünən axşam saatlarında Ulacalı kəndindəki ikinci bəndin də su altında qalması nəticəsində Mürsəlli və Ulacalı kəndləri ilə yanaşı Bulduq, Həşimxanlı kəndləri də su altında qalıb. Artıq Selin istiqaməti Şirvan şəhərinə yönəldilir. Bu barədə məlumatı hadisə yerində olan və zərərçəkmişlərdən biri jurnalist Razi Abasbəyli verib. Bildirib ki, Həşimxanlı kəndinin su altında qalması rayonun 20-yə yaxın kəndinin birdəfəlik sıradan çıxmasına səbəb olacaq: ?Bu saatlarda mən Ulacalı kəndi ilə Kürün sol sahilindəki Sura kəndini birləşdirən və Kürdəmir magistral yoluna çıxmaq üçün istifadə edilən yeganə körpünün bağlandığı ərazidəyəm. Bu körpünün bağlanması nəticəsində faktiki olaraq sağ sahildə su altında qalan insanların ərazidən çıxarılması təmamilə mümkünsüzləşib. Həşimxanlı kəndinin əhalisinin yolu hər iki tərəfdən kəsildiyinə görə onların kənd yolları ilə Qaratəpə kəndinə çıxarılması üçün tədbirlər görülür. Sel mayın 8-də Qaragünə kəndindən daxil olduğu istiqamətə doğru sürətlə irəliləyir. Ulacalı kəndindəki ikinci bəndin dağılması nətiicəsində Selin qarşısını almaq mümkün olmayıb və artıq Bayramlı kəndindən gələn sel Sabirabadın Həşimxanlı kəndində birləşir? deyə R.Abasbəyli bildirdi. Əlavə etdik ki, daşqın bu gün səhər 6 radələrində artıq əhalisi evakuasiya edilmiş Azadakəndə də daxil olub. Daşqının rayon mərkəzi istiqamətində doğru irəliləməsinin qarşısı Kürkəndi kəndində alınıb. ?Fatiki olaraq Sabirabad şəhərinin rayonlarla əlaqəsi kəsilib. Rayon mərkəzinə daxil olmaq üçün bir yol qalıb ki, bu da Bakı-Astara magistral yolundan istifadə etməklə İmişli rayonu ərazisində Bəhrəmtəpə postundan keçməklə Saatlı rayonu istiqamətinə hərəkət etməkdən ibarətdir? deyə məlumatı verən həmkarımız əlavə etdi. Bundan başqa hazırda Kür çayının sağ sahilində yerləşən daha 6 kəndin də su altında qalması təhlükəsi yaranıb. Mayın 10-da Ulacalı kəndində bəndin aşmasından sonra Cavad, Həsənli, Balvar, Əlicanlı Türkədi kəndlərindəki texnikalar fəlakət zonasına aparıldığına görə, ərazidə bənbərkitmə işlərinin həyata keçirilməsi dayandırılıb. Cavad kəndi ərazisindən Zəngənə su ötürən beton kanalların Kür çayına qovuşduğu yerdə bəndin dağılma təhlükəsi yaranıb. Həmçinin də yuxarı Cavad kəndi ərazisində Kür və Araz çaylarının qovşağında da bəndin 20 metrlik məsafdə dağılmasının qarşısını almaq üçün əhali kisələrə torpaq dolduraraq bəndin yıxılmasının qarşısını almağa çalışır ?Rayonda çox faciəli vəziyyət yaranıb. Su basmış kəndlərdəki ev quşları, iri və xırda buynuzlu heyvanların cəsədləri suyun üzünə çıxıb. Ətrafı üfunət buruyub. Su altında qalmış evlər durmadan dağılır. Mürsəllidə, Ulacalıda, Həşimxanlıda insanları xilas etmək üçün istifadə olunan qayıqların sayı çox azdır. Bu dəqiqələrdə kənddə yüzlərlə insanın su altında qaldığı deyilir. Hələlik rayonun icra hakimiyyətində yaradılmış rəsmi qərargahdan heç bir açıqlama verilməsə də rayon mərkəzinə toplaşan əhalinin məlumatlarına əsasən yüzlərlə insan iki gündür ki, İtkin düşüb Faktiki olaraq 36 nəfərin İtkin düşdüyü bildirilir? deyə Razi Abasbəyli bildirdi. Qeyd edək ki, rayon mərkəzində yaradılmış informasiya qərargahına başçılıq edən Razi Abasbəyli bundan sonrakı xəbərlərin saat-saat təqdim ediləcəyinə çalışacaqlarını da məlumata əlavə etdi. Və daxil olan elektron müraciətlərə əlavə edilən müraciət də var. İnformasiya qərargahından yayılan müraciətdə ölkənin bütün media qurumlarına müraciət edilir. Müraciətdə baş vermiş fəlakətlə bağlı sanki informasiya blokadasının yaradıldığı iradı tutulur. Həmçinin də fəlakət zonasının səmadan görüntülərinin olmaması, yayılan xəbərlərin kifayət qədər az olduğu və buna görə də jurnalistlərdən xahiş edilir ki, Sabirabad rayonunda baş vermiş fəlakətlə bağlı olaraq daha geniş xəbərlər verilsin. İnformasiya qərargahı həmkarlarına müraciət edərək mediada ?Hamımız sabirabadlıyıq? şüarı altında başlanan kampaniyaya dəstək vermələri xahiş edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA