03-11-2016 [20:01]
Azərbaycan mədəniyyəti, adət-ənənələri, zəngin tarixi irsimizin dünyaya çatdırılması istiqamətində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının əvəzsiz rolu var.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, təşkilat və qurumlarının müntəzəm olaraq təşkil etdiyi bu kimi tədbirlər Azərbaycan mədəniyyəti barədə dünya ölkələrində dəqiq, obyektiv təssürat yaradır. Bu mənada Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə Dəstək Fondunun gördüyü işlər də təqdir olunmalıdır.
Məlumat üçün qeyd edək ki, fən müntəzəm olaraq öz şəxsi hesabına Azərbaycanın yazıçı və şairlərinin, tanınmış qələm adamlarının kitablarını rus və qırğız dillərinə tərcümə edərəki onların Qırğızıstanda pulsuz yayımını təşkil edir.
Fondun prezidenti Nüsrət Məmmədov deyir ki, rəhbərlik etdiyi təşkilat öz prinsipinə sadiq qalaraq kitablar tərcümə etdirib onların nəşrinə nail olur:
"İndiyə qədər 85 kitab tərcümə və nəşr olunaraq pulsuz paylanıb. Qarşıdakı müddətdə də daha bir neçə kitabın tərcümə edilərək nəşr olunması və pulsuz paylanması nəzərdə tutulur. Məqsədimiz mədəniyyətimiz, tariximizi təbliğ etməkdir. Əgər dünyadakı Azərbaycan diaspor təşkilatlarının hərəsi 5 kitabı yaşadıqları dövlətlərin dilinə tərcümə etdirib onların nəşrinə nail olsa və pulsuz yayımını təşkil etsə, Azərbaycan həqiqətlərini ani bir vaxtda dünyaya çatdırmış olarıq. Bu da Prezidentimiz İlham Əliyevin Dünya Azərbaycanlılarının Dördüncü qurultayında etdiyi tövsiyələri layiqli yerinə yetirməmiz deməkdir".
Nüsrət Məmmədov diqqət çatdırıb ki, hazırda tərcüməsi olunub nəşrə hazırlanan kitablar da var:
"Bunlar aşağıdakılardır. Kanıbəy İmanəliyevin müəllifi olduğu "Qırğızlar (vətən haqqında söz)" kitabı Azərbaycan dilində nəşr olunacaq. Artıq kitab hazırdır. Kitabı Azərbaycan dilinə fondun sifatişi ilə Münisə Dadaşqızı tərcümə edib . Həmçinin S. Beqaliyevin "1916 cı il Üsyanı" kitabı Azərbaycan dilində işıq üzü görəcək. Qeyd edilən kitab da artıq hazırdır. Kitabı Azərbaycan dilinə fondun sifatişi ilə Münisə Dadaşqızı tərcümə edib Bundan başqa ingilis, rus, türk və qırğız dillərində ali məktəblər üçün dərs vəsaiti olan "Manas" monoqrafiyası hər dildə, ayrıca kitab şəklində hazırlanıb. Türk dilindən qırğız dilinə tərcümə edilmiş "Osmanlı İmperiyası və Türk Cümhuriyyəti" kitabı da artıq hazırdır.-Kitabı türk dilindən qırğız dilinə fondun sifarişi ilə K. Ömürzakov tərəfindən tərcümə olunub. Rus tarixçi alimi Oleq Kuznetsovu "Transmilli erməni terroru" kitabı, Bəxtiyar Tuncayın müəllifi olduğu "Qafqaz Albanlarının əlyazma irsi" kitabının 2 cildi rus dilində hazırlanıb. Eyni zamanda qırğız dilində Azərbaycan xalq nağılları hazırlanıb. Kitabı qırğız dilinə fondun sifarişi ilə Mukan Asanaliyev tərcümə edib".
Fond rəhbəri qeyd edib ki, həmçinin yazıçı-publisist Yunus Oğuzun "Şah arvadı və cadugər" kitabı qırğız dilində, millət vəkili Musa Qasımlının "Anadolu və cənubi Qafqaz 1724-1920 illərdə tarixi ədalətin axtarışında" kitabı rus dilində və Rəsul Rzanın seçilmiş əsərlərinin ikicildliyinin 1 cildi qırğız dilində- (Mukan Asanaliyev və Bakıt Junusaliyevin tərcüməsində) hazırlanıb".
Nüsrət Məmmədov onu da bildirib ki, "Dovlətlərarası Media və Diplomatiya Mərkəzi" ictimai Birliyinin xətti ilə əsas məqsədlərdən biri olan Türkdilli Dövlətlərin və Dünya Azərbaycanlılarının ortaq mediasını yaratmaq və mədəniyyətimizi, dövlətçiliyimizi və bərabərhüquqlu siyasi xətt ilə yanaşı, dünya mətbuatı üzərindən həqiqətləri, separatizmə qarşı təbliğat aparmaq da başılca vəzifədir:
"Dünyada baş verən hadisələrə Türkdilli dövlətlərin siyasətçilərinin fikirlərinin yalnız öz mediasında deyil, o cümlədən qlobal problemlərin həllində də onların fikir və təkliflərinin dünya mətbuatında təbliğatının aparılması, qlobal mövzularda beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq tədbirlədə separatizminin ifşa edilməsi; beynəlxalq qeyri hökümət və dövlətlərarası təşkilatlarla əlaqələrin qurulması və birgə layihələrin keçirilməsi, Birliyinin məqsədlərinə uyğun olaraq, ölkə daxilində və xaricdə təhsil, səhiyyə, idman, ekologiya və digər vacib sahələrdə əlaqələrin qurulması ilə bağlı qlobal layihələrin reallaşdırılması; xarici KİV-lərdə çalışan xarici, professional jurnalistlərin Türdilli ölkələrdə ödənişsiz "master klass"ların təşkil etdilməsi qarşımıza qoyulan məqsədlər sırasındadır.
Həmçinin çalışırıq ki, dünya mediasına çıxışı təmin etməklə, mütəmadi jurnalistlərin təcrübə proqramı çərçivəsində treninqlərdə iştirakını təmin edək. Jurnalistlərimizin Avropaya müxtəlif mədəni tədbirlərlə inteqrasiyasi, onların hər sahədə ayrı-ayrılıqda uğurlarının genişləndirib, inkişaf etdilməsi, gənc jurnalislərdə dövlətçilik hisslərinin aşılanması nəzərdə tutulur. Planlaşdırdığımız bu tədbirləri həyata keçirmək üçün Türkdilli dövlətlər qurumuna daxil olan dövlətlərin də dəstəyi vacibdir".
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib