Prezident İlham Əliyevdən - Sərəncam

img

03-11-2016 [18:21]


Bu gün Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, qırx dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sabunçu-Ramana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,6 milyon (bir milyon altı yüz min) manat ayrılıb.

 Maliyyə Nazirliyi  ilə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA