Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

03-11-2016 [15:50]


Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 4-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 5-də mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun

gecə 3-8° isti,gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11°isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA