Böhranla ayaqlaşa bilməyən icra başçıları istefa vermək istəyir? - İlginc iddia

img

03-11-2016 [11:55]


Bəzi icra başçıları artıq vəzifələrindən istefa verməyə hazırlaşır. 

Bu barədə "Azadlıq”a daxil olan məlumatda deyilir ki, onların belə qərara gəlməsinin icra başçısı postunun getdikcə əhəmiyyətsiz vəzifəyə çevrilməsilə bağlıdır. 

"Böhran başlayandan 30-dan çox rayon dotasiyadan məhrum edilib. Daha sonra ölkə başçısının sərəncamı ilə orta məktəblər üzrə təhsil xərcləri yerlər xərclərin tərkibində çıxarıldı. 

Məlumat üçün deyim ki, təhsil xərcləri yerli xərclərin 60 faizini təşkil edirdi. İcra başçılarının qazancı da elə bu xərclərdən olurdu. Bundan sonra şəhər və rayonların turizm-mədəniyyət şöbələri yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Bəzi məlumatlara görə, maliyyə idarələrilə bağlı eyni addım atıla bilər. Beləliklə, icra başçıları faktiki olaraq qazancsız qalıblar”,-deyə mənbə bildirib. 

Mənbə bildirib ki, belə bir vəziyyətdə icra başçılarından ölkəyə investor cəlb olunmasının tələb edilməsi də əlavə problemə çevrilib. 

"Bütün bunlar isə bəzi icra başçılarının postlarını təhvil verərək başqa vəzifəyə təyinat almağa həvəsləndirib. Güman ki, yaxın vaxtlarda bu prosesin şahidi olacağıq”, – deyə mənbə əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA