Oqtay Şirəliyev isveçrə-Azərbaycan Dostluq qrupunun sədrini qəbul edib

img

12-05-2010 [01:15]


Səhiyyə naziri Oqtay Şirəliyev İsveçrə-Azərbaycan Dostluq qrupunun sədri, İsveçrə Parlamentinin sabiq sədri, Kantonlar Şurasının üzvü xanım Kristin Egerzegi Obristin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir ölkə başçısının səhiyyə sektoruna olan diqqət və qayğısı nəticəsində son illər səhiyyədə görülən işlər, əldə olunan nailiyyətlər haqda danışıb. O.Şirəliyev, səhiyyə sahəsinə qoyulan investisiyalarla ölkəyə inkişaf etmiş müxtəlif xarici dövlətlərin, o cümlədən də İsveçrə istehsalı olan tibbi avadanlıqların alındığını vurğulayıb. O.Şirəliyev iki ölkə arasında səhiyyə sayəsində təcrübə mübadiləsi, xüsusilə də əczaçılıq sektorunda müəyyən işlərin görüldüyünü və bunun davamlı olmasının tərəfdarı olduğunu qeyd edib. Xoş qarşılanmaya görə öz minnətdarlığını bildirən qonaq ikitərəfli görüşlərin vacibliyini və ölkəsinin müxtəlif ölkələrin, həmçinin Azərbaycanın təcrübəsindən yararlanmağa üstünlük verdiyini deyib. Görüşdə daha bir çox məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA