Səhiyyə Nazirliyi fəlakət zonasında 23 səyyar briqada, 5 həkim məntəqəsi yaradıb

img

12-05-2010 [01:10]


Təbii fəlakətin yaratdığı fəsadların insanların sağlamlığına zərbə vurmaması üçün müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yaranmış vəziyyətlə əlaqədar olaraq Sabirabadda yaradılmış çadır şəhərciyində 1 həkim məntəqəsi, 3 səyyar briqada təşkil olunub. Sabirabadın Boranlı kəndində yaradılmış digər şəhərcikdə 1 həkim məntəqəsi təşkil olunub ki, orada da tibbi personal, dərman və lazımı ləvazimatlarla tam təmin olunublar. Şirvan şəhərində yaradılmış 1 çadır şəhərciyində 2 həkim məntəqəsi, 2 səyyar briqada fəaliyyət göstərir. Hacıqabulda 1 səyyar briqada yaradılıb. Zərdab rayonundakı çadır şəhərciyində 1 həkim məntəqəsi, 4 səyyar briqada fəaliyyət göstərir. Saatlıda 3 səyyar briqada. Salyanda 4 səyyar briqada. İmişlidə 1 səyyar briqada. Kürdəmirdə 5 səyyar briqada fəaliyyət göstərir. Xatırladaq ki, Səhiyyə Nazirliyində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Səhiyyə Naziri Oqtay Şirəliyevin tapşırığı ilə təxirəsalınmaz Tədbirlər Planı hazırlanmışdır. Plana əsasən tibb mütəxəssisləri bütün təbii fəlakətlə üzləşən zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilib. Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də cəlb olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA