02-11-2016 [22:04]
Azərbaycanda bahalı maşınlar, onların qiymətləri həmişə insanların diqqətini çəkir. Bu gün insanlar istər xırda və ucuz, istərsə də bahalı məhsulların satışında bazar alqı-satqısı ilə yanaşı onlayn alqı satqıya da üstünlük verirlər.
Ölkə ərazisində avtomobil alqı-satqısı əksər hallarda həftənin şənbə-bazar günləri maşın bazarlarında baş tutsa da, ölkəmizdə avtomobil alqı-satqısı ilə məşğul olan kifayət qədər onlayn portallar da mövcuddur. Həmin alış-veriş saytları son dövrlər o qədər məşhurlaşıb ki, insanlar artıq bazara getmədən əllərində olan məbləğin müqabilində onların imkanlarına uyğun təqdim edilən avtomobillərlə tanış ola, razılıq əldə olunduğu təqdirdə həmin avtomobili elə saytdan tanışlıq vasitəsi ilə əldə edə bilirlər.
Strateq.az A24.Az-a istinadən Azərbaycan avtomobil saytlarında yerləşdirilmiş ən bahalı avtomobilləri təqdim edir:
Avtomobil alqı-satqı saytlarında yerləşdirilən ən bahalı maşın Mercedes S 63 AMG-dir. 2015-ci ildə istehsal olunan avtomobilin mühərrikinin həcmi 5.5 L, mühərrikin gücü 585 a.g, getdiyi məsafə 18 kilometrdir. Avtomobil alıcılara nə az, nə çox, düz 375 min dollara (614 min manata) təklif edilir.

614 min manata satılan Mercedes
Siyahıda ikinci yeri Rolls-Royce Ghost tutub. Mühərrikinin həcmi 6.6 L olan avtomobilin mühərrikinin gücü 563 a.g.-dür. 2014-cü ilin buraxılışı olan avtomobilin qət etdiyi məsafə 360 kilometrdir. Qeyd edilən maşın alıcılara 350000 dollara (573 min 335 manat) təklif edilir.

573 min 335 manata təklif edilən avtomobil
Azərbaycanda alış-veriş saytlarında müştərilərə təqdim edilən üçüncü ən bahalı avtomobil Lexus LX 570 modelidir. Buraxılış ili 2008 olan bahalı maşının mühərrikinin həcmi 5.7 L, mühərrikinin gücü isə 383 a.g.-dür. 104 000 km yürüşü olan maşın alıcılara fantastik qiymətə- 345 min dollara (565 min 144) təklif olunur.

565 min 144 manata satılan Lexus
Ölkə ərazisindəki satılan bahalı maşınlar sırasında 4-cü yeri Mercedes S 65 AMG tutur. Avtomobilin qiyməti 325 min 555 (533 min 290 manat) dolardır. Mercedes S 65 AMG-nin mühərrikinin həcmi 6.0 L, mühərrikinin gücü 630 a.g.-dür. Avtomobilin buraxılış ili 2016-cı il, yürüşü isə 0 km-dir.

Mercedes S 65 AMG
Siyahının növbəti pilləsində yenə Mercedes markalı avtomobil qərarlaşıb. Mercedes G 63 AMG-nin qiyməti 325 min (532 min 382 manat) dollardır. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrikinin həcmi 5.5 L olan maşının mühərrikinin gücü 700 a.g.-dür. Bahalı avtomobilin yürüşü 0 km-dir.

Mercedes G 63 AMG
Ölkə ərazisində internet portallar üzərindən satılan bahalı maşınların siyahısında 6-cı pilləni də məhz yenə Mercedes, özü də 5-ci pillənin sahibi kimi Mercedes G 63 AMG-dir. Buraxılış ili 2015-ci il olan avtomobilin mühərrikinin həcmi 6.3 L, mühərrikinin gücü 544 a.g.-dür. 0 kilometr "probeqi” olan avtomobilin qiyməti yuxarıdakı eyni modeldən cəmi 5 min dollar fərqlənir. Avtomobil alıcılara 320 min dollara (524 min 190) təklif edilir.

Mercedes G 63 AMG
Bahalı yeddiliyi yenə "Mercedes”in başqa bir modeli olan S 63 AMG tamamlayır. Mühərrikinin həcmi 5.5 L, mühərrikin gücü 585 a.g. olan maşın alıcılara 310 min dollara (507 min 800 manat) təklif edilir. Avtomobilin yürüşü isə 0 km-dir.

S 63 AMG
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi