02-11-2016 [19:49]
Azərbaycanda özəl internet provayderləri ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında problem yaranıb.
Provayderlər Bakıda və regionda zəif internet problemini həll etmək üçün müxtəlif yerlərə fiberoptik internet çəkməyə qərar verib. Təxminən 1 ilə yaxın müddətdir ki, prosesə başlayan şirkətlər ciddi problemlərlə qarşılaşıb. Belə ki, özəl provayderlər fiberoptik xəttin çəkilməsi zamanı lazım olan və dövlətə məxsus yeraltı kabel sistemindən istifadə etmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon İstehsalat Birliyinə müraciət edib. Ancaq şirkətlər birmənalı olaraq rədd cavabı alıblar. Nazirlik rədd cavabının verilməsini bu kabel kanal sistemindən istifadə ilə bağlı yeni standart və qaydaların hazırlanmasıyla "əsaslandırıb”. Provayder sahiblərinə bildirilib ki, kabel kanal sistemi qaydaya salınır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BakiPost.az-a faktı təsdiqləyib. O, provayderlərin belə bir problemlə qarşılaşdığını və bunu tez bir zamanda həll edilməli olduğunu deyib: "Ölkədə zəif internet problemi artıq illərdir ki, var. Provayderlər bunun həlli yolu kimi fiberoptik internet çəkmək istəyir. Lakin bunun üçün dövlətə məxsus kabel sistemindən istifadə olunmalıdır. Özəl provayder təkbaşına fiberoptik internet çəkə bilmir. Aidiyyəti qurumlar keyfiyyətli fiberoptik internetin çəkilməsi üçün zəruri olan bu kabel kanal sistemindən istifadəni qaydaya salmalıdır. Bunun hamı tərəfindən istifadəsinə imkan verən qaydalar yaradılmalıdır”.
O. Gündüzün sözlərinə görə, sözügedən kabel sistemindən istifadə ilə bağlı qaydaların hazırlanması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılmamalıdır:"Hesab edirəm ki, bu standart və qaydaları nazirlik hazırlamamalıdır. Çünki Rabitə və Yüksək Texnologiyalar nazirliyi özü bazarda internet xidməti göstərir. Ona görə də istənilən halda bu bazarda maraqlı qurumdur. Bu baxımdan düşünürəm ki, qaydaları digər müstəqil qurumun hazırlaması doğru olardı”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi