Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə daha 60 vaqon yüklənib

img

12-05-2010 [12:30]


Nəqliyyat Nazirliyi təbii fəlakət bölgələrində fəaliyyətini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, artıq bir neçə gün ərzində dəmir yolu xətti ilə sahilbərkitmə işləri və digər ehtiyaclar üçün 35 vaqon yük boşaldılmış və 60-a yaxın vaqon isə təyinatı üzrə komandanı gözləyir. Sabirabad rayonunun bir neçə kəndini sel təhlükəsindən qorumaq üçün Bakı-Astara dəmir yolu xəttinin 51-52-ci km-də, Osmanlı-Azadkənd hissəsində dəmir yolu xəttinin altından yol açılmış və bu səbəbdən də Astara istiqamətində gedən qatarların hərəkəti dayandırılmışdır. Şirvandan İmişliyə gedən istiqamətdə isə yol açıqdır. ?Azəryolservis? ASC-nin xətti ilə 300-dən artıq yük maşını müvafiq yerlərə göndərilib, fəlakət zonasına yaxın olan rayonların Yol-istismar idarələrinin texnikası və əməkdaşları selin nəticələrinin aradan qaldırılması və önləyici tədbirlər görülməsinə yönəldilib. Salyan-Sabirabad istiqamətində avtomobil yolunu su basdığına görə Padar istiqamətində alternativ olaraq 18 km-lik yol çəkilmişdir. Onu da deyək ki, sellər və daşqınlar nəticəsində digər rayonlarda yaranan sürüşmələrlə bağlı Muğanlı-İsmayıllı, Ağsu dolayları, Quba-Xınalıq yolu və s. istiqamətlərdə də avtomobil yollarının bərpası işləri aparılır. ?Avtonəqliyyatservis? Departamentinin xətti ilə yaşayış məntəqələrindən köçürülmə zərurəti yaranan ərazilərdə insanların avtobuslarla təminatı məsələsi həyata keçirilir. Nəqliyyat Nazirliyi hadisələrin gedişini tam nəzarətdə saxlayır və ölkə başçısının bütün tapşırıqlarını dərhal yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər edərək gücləndirilmiş iş rejiminə keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA