Kür Sabirabadda daha bir bəndini dağıtdı, Ulacalı kəndi tamamiylə su altında qaldı

img

12-05-2010 [12:17]


Bu gecə Kür çayı Sabirabad rayonunun Ulacalı kəndində daha bir bəndi dağıtdı. Bununlada kənd tamamiylə su altında qaldı. Belə ki, gecə saatlarında Kür çayı Ulacalı kəndi ərazisindəki bəndlərdən birini dağıdıb. Nəticədə əvvəl qismən su basmış kənd indi tamamilə su altında qalıb. Əhali gecə saatlarında evakuasiya olunub. Bundan başqa, bəndin dağılması nəticəsində rayonun Azad kəndini də su basıb. Qeyd edək ki, kənd sel təhlükəsi altında olduğuna görə, əhali bir həftə əvvəl buradan köçürülübmüş. Bununla da Sabirabadda su altında qalan kəndlərin sayı 5-ə çatıb. Hazırda fəlakət bölgəsində polis və Fövqəladə Hallar Nazirliyinin qüvvələri var. Bəndin bərpa olunması istiqamətində işlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA