02-11-2016 [15:38]
Bir necə gündür bəzi internet saytlarında Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və onun oğlu Nadir Qasımov barədə müxtəlif ittihamlar dərc olunur. Onların arasında məmur övladının guya "harın həyat tərzi” sürdüyü barədə iddialar xüsusi diqqəti cəlb edir.
Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, icra başçısının oğlu Nadir Qasımov yayılan məlumatlara münasibətini açıqlayıb. N.Qasımov bildirib ki, barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir və məqsədli şəkildə tirajlanır:
"Mən ali təhsil aldıqdan sonra çox ciddi rejimi olan hərbi hissədə xidmət keçmişəm. O fotolar da hərbi xidmətdən əvvəlki, tələbəlik illərinə təsadüf edir. Hər bir Azərbaycan vətəndaşı kimi mənim də idman etmək, foto çəkdirmək hüququm var. Hətta iş o yerə çatıb ki, mənim idmanla məşğul olmağımı da az qala ünvanıma irad kimi səsləndirirlər. Anlaşılmazdır, nəyə görə hərbi xidmət keçmək, idmanla məşğul olmaq, şəkil çəkdirmək qanunazidd əməl hesab olunmalıdır?
Bir daha xatırladıram ki, həmin fotolarda hansısa qanunsuzluğun əks olunduğunu görmürəm. Mənim guya "avtoşluq” etdiyimə dair iddialar da tam əsassızdır. Avtoxuliqanlıq qanunvericiliklə təqib edilən əməldir və buna görə konkret məsuliyyət nəzərdə tutulur. Barəmdə belə fakt varsa, ortaya qoyulsun”.
N.Qasımov onu da bildirib ki, şantajlardan bezdiyi üçün "instaqram” səhifəsini bağlayıb.
N.Qasımov qeyd edib ki, hazırda dövlət qulluğunda çalışır və barəsində əsası olmayan məlumatların yayılması bir vətəndaş kimi onun hüquqlarını pozur, nüfuzuna xələl gətirir:
"Biz hüquqi dövlətdə yaşayırıq. Yalan məlumat yaymaq, xüsusilə bunu məqsədli şəkildə etməklə bağlı qanunvericilikdə müvafiq cəza tədbirləri nəzərdə tutulur. Qanun heç kimə, o cümlədən media nümayəndəsinə əlində olan imkanlardan çirkli məqsədlər üçün alət kimi istifadə etməyə icazə vermir. Buna görə də artıq bir neçə sayt barədə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmək qərarına gəlmişəm”.
Azerfax.az-ın məlumatına görə, məhkəməyə veriləcək saytların siyahısı artıq müəyyənləşdirilib. Hazırda hüquqşünaslar müvafiq sənədlərin hazırlanması ilə məşğul olurlar.
Məlumatlarda o da qeyd olunur ki, Nizami RİH də bir neçə saytın fəaliyyətinə qiymət verilməsi məqsədilə məhkəməyə müraciət edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi