Bakıda sosial evlərin tikintisi başlandı; MİDA-dan açıqlama

img

02-11-2016 [15:29]


Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) artıq ilk layihəsinin icrasına başlayıb. Bu barədə Mia.az-a Agentlikdən bildirilib.

Məlumata görə, "MİDA” MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.

Qeyd edək ki, həmin yaşayış kompleksi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə salınır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA