02-11-2016 [15:06]
"Cəbhə xəttində vəziyyət yenə gərgindir. Təmas xəttində yüngül silahlarla yanaşı qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə edilir. Bu vəziyyət aprel döyüşlərinin təkrarlanması ehtimalını artırır. Əslində məntiqlə Ermənistan müharibədə maraqlı olmamalıdır.
Birincisi, növbəti hərbi qarşıdurma hər iki tərəfdən yenidən itkilərə səbəb olacaq. Onsuz da Ermənistanda əhalinin sayı azalır, gənclər ölkəni tərk edirlər. Ermənistandan kənarda gənclərin Dağlıq Qarabağda öldürülmələri həm demoqrafik vəziyyəti ağırlaşdırır, həm də cəmiyyətin hakimiyyətə qarşı etirazını gücləndirir.
İkincisi, erməni separatçıları növbəti hərbi qarşıdurmanın nəticəsi olaraq bir az daha geriyə çəkilə bilərlər. Ermənistan ordusu aprel döyüşlərində Dağlıq Qarabağ istiqamətində bir neçə strateji yüksəkliyi itirdi. Azərbaycan ordusunun daha çox irəriləməsi imkanları var idi. Ancaq prosesə Rusiya prezidenti Vladimir Putin qarışdı və müharibə sadəcə 4 gün çəkdi. Bu dəfə müharibənin uzanması ehtimalı yüksəkdir”.
Mia.az xəbər verir ki, bu fikirlər "Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda öz əksini tapıb. Analizdə bildirilir ki, buna baxmayaraq, Ermənistan prezidenti Serj Sərkisyan cəbhə bölgəsində gərginliyi süni surətdə artırmaqda maraqlı ola bilər: "Ermənistanda iqtisadi və sosial vəziyyət ağırlaşır. Ölkənin yeni baş naziri Karen Karapetyanın imkanları məhduddur. İslahatlar nəticə vermir. Çünki islahatlar üçün resurslar yoxdur, əksinə ölkənin borcları getdikcə artır və bu borclar üzrə faizlər ödənməlidir. Digər tərəfdən Karapetyanın Sərkisyana yaxın fiqurları hökumətdən uzaqlaşdırması prezidentin xoşuna gəlmir.
Beləliklə, Serj Sərkisyan bir tərəfdən Rusiyanın təyin etdiyi baş nazir Karen Karapetyanla gizli mübarizə aparmalıdır, digər tərəfdən parlament seçkisi öncəsi özünün və partiyasının hakimiyyəti itirməməsi yolları haqqında düşünməlidir. Ona görə də belə vəziyyətdə Sərkisyan cəbhə bölgəsində gərginliyi bir qədər artırmaqla erməni cəmiyyətini Azərbaycanın simasında "ümumi düşmən” ətrafında birləşdirmək istəyir. Sərkisyan arxayındır ki, cəbhə bölgəsindəki süni gərginlik yaratmaqla müharibə başlamayacaq, çünki Rusiya yenidən işə qarışaraq genişmiqyaslı müharibəyə imkan verməyəcək. Toqquşmaların qısa müddətdə baş verməsi halında isə Sərkisyan təmas xəttində itirdiyi yüksəklikləri geri qaytarmağa çalışacaq. Bu yenidən Sərkisyanın reytinqinin yüksəlməsinə xidmət edər. Ancaq medalın başqa üzü də var”.
Materialda qeyd olunur ki, aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı: "Azərbaycan ordusunun itkilərinə baxmayaraq, cəmiyyətdə torpaqların güc yolu ilə geri qaytarılmasına inam yarandı. Buna görə də budəfəki müharibə 4 gündən çox da çəkə bilər, Rusiya hakimiyyəti hərbi toqquşmaları durdurmaq üçün yenidən diplomatik müdaxilə etsə belə, Azərbaycan cəmiyyəti prosesi məntiqi sonluğa çatdırmasının təsiri altında olacaq.
Digər tərəfdən Ermənistan ordusu təmas xəttində atəşkəsi pozmadığı günlərdə də təzyiq altındadır. Ermənistanın ordu rəhbərliyi Azərbaycan ordusunun strateji yüksəkliklərdən hücuma keçə biləcəyindən daim ehtiyat edir. Təsadüfi deyil ki, Ermənistanın yeni təyin olunan müdafiə naziri Viqen Sərkisyan noyabrın 1-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Viqen Sərkisyanın bu görüşdən iki məqsədi olub:
Ermənistanın müdafiə nazirinin Azərbaycanın müdafiə nazirindən əvvəl Anjey Kaspşiklə görüşməsinin birinci məqsədi odur ki, bununla erməni tərəfi atəşkəsi Azərbaycanın pozduğuna işarə edir. Yəni "biz Kaspşiklə ona görə tələsik görüşürük ki, o, ATƏT nümayəndəsi kimi atəşkəsə riayət olunmasını təmin etsin”. Bu bir növ beynəlxalq aləmə mesajdır ki, atəşkəsi Ermənistan deyil, guya Azərbaycan pozur.
İkinci məqsəd isə odur ki, İrəvan Kaspşik vasitəsilə rəsmi Bakının nəbzini yoxlamaq istəyir. Çünki məntiqlə bu dəfə Azərbaycanın müdafiə naziri Zakir Həsənov ATƏT nümayəndəsi ilə görüşməlidir. İrəvan bu yolla həmin görüşdə veriləcək mesajları özü üçün aydınlaşdırmaq istəyir. Digər tərəfdən İrəvan Kaspşik vasitəsilə Bakıya hansısa mesajını çatdırmaq haqqında düşünə bilər.
Aydındır ki, bu mesaj Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olmayacaq. Ermənistan prezidenti əvvəlkitək status-kvonu uzatmağa çalışır. Ancaq apreldən sonra bunu uzatmaq İrəvan üçün getdikcə çətinləşir. Ermənistan hakimiyyəti üzərində böyük dövlətlərin təzyiqini hiss etməsə belə Azərbaycanın silahlanmasından, Bakının dostları ilə hərbi ittifaqlarını gücləndirməsindən, hətta Azərbaycanın Rusiyanı öz tərəfinə çəkə biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Rusiyanın Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru Vladimir Lepexin "Novosti Armeniya” agentliyinə müsahibəsində deyib ki, Qərb institutları Ermənistanda fəaliyyətlərini dayandırmasalar və yerli QHT-lərin Qərbdən maliyyələşmələrinin qarşısı alınmasa İrəvan Dağlıq Qarabağı itirə bilər”.
"Atlas” Araşdırmalar Mərkəzi bildiri ki, əslində bu sözlər rəsmi İrəvana ultimatumdur və Ermənistan hakimiyyəti Rusiyanın Avrasiya İqtisadi Birliyi İnstitutunun direktorunun dilindən deyilən bu sözləri Kremlin mesajı kimi də qəbul edə bilər: "Əlbəttə, Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək istəmir, ancaq Moskva münaqişənin varlığından Ermənistan hakimiyyətini daim qorxu altında saxlamaq üçün istifadə edir. Yəni Kreml İrəvana nümayəndələri vasitəsilə demək istəyir ki, "mənim bütün əmrlərimi yerinə yetirməsən Dağlıq Qarabağ məsələsində mövqeyimi dəyişə də bilərəm”.
Ermənistan Azərbaycanla üz-üzə qalarsa Dağlıq Qarabağ üzərindəki nəzarətin itirilə biləcəyindən də qorxur. Məhz buna görədir ki, son günlər Ermənistanda siyasətçilər və ekspertlər arasında "Dağlıq Qarabağın müstəqil dövlət kimi qalması yaxşıdır, yoxsa Ermənistana biləşdirilməsi” mövzusu ətrafında geniş diskussiya gedir. Yəni Ermənistanda ən azı anlayırlar ki, Dağlıq Qarabağın "müstəqil dövlət” kimi varlığı uzun çəkməyə də bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi