Azərbaycanda bu siqaretlər yenidən bahalaşdı - Qiymətlər

img

02-11-2016 [12:46]


Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxıb. Rsəmən təsdiqlənməsə də, bir sıra tütün məhsullarının qiyməti bahalaşıb. 

Belə ki, marketlərdə "Viceroy” (compact) və "Winchester”-in (compact) satış qiyməti 10 qəpik bahalaşıb. Viceroy (compact) – 1.50 AZN-dən 1.60, Winchester (compact) – 1.50 AZN-dən 1.60 AZN-ə qaldırılıb.

Əldə etdiyimiz məlumata görə digər markalı siqaretlərin də qiymətinin bahalaşacağı ehtimal edilir.
Buna səbəb isə dünən Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracında dolların məzənnəsinin artmasıdır. 

Nəticədə bu günün məzənnəsi 1,6471 AZN/USD səviyyəsində təsdiqlənib. Bu isə Azərbaycanda dolların tarixi maksimal rəsmi məzənnəsi olub.
Unikal.org




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA