02-11-2016 [12:35]
Bakı şəhər sakini Ramilə Məmmədova Xətai rayonunda yerləşən 116 saylı orta məktəbdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunduğundan şikayətçidir.
R.Məmmədova qafqazinfo-ya müraciət edərək bildirib ki, iki qızının təhsil aldığı həmin məktəbdə tələb olunan pulu vermədiyi üçün övladları müəllim tərəfindən alçaldılıb: "Qızlarım həmin məktəbdə 1-ci və 3-cü sinifdə oxuyur. Xırda müəllimə və Kunzala müəllimə direktor Aidə Seyidovanın tapşırığı ilə bizdən müxtəlif bəhanələrlə pul tələb edir. Summativ testlərin aparılması üçün ötən il 1 uşaq üçün 27 manat alınırdısa, bu il hər uşaq üçün 36 manat istəyirlər.
Bundan başqa sinif üzrə 20 manat qəzet pulu, hər ay 10 manat süpürgəçi pulu toplanılır. Həmçinin, məktəbin psixoloqu Gülnarə xanım da bizdən 500 ədəd "A4” kağız tələb edir. Deyir ki, həmin vərəqlərə uşaqlarımızın psixoloji durumunu yazır və hətta o vərəqlər buna kifayət etmir”.
R.Məmmədova qeyd edib ki, bu məbləğlər onlardan valideyn iclaslarında tələb olunur: "O iclaslar ancaq pul yığmaq üçündür. Bu günə kimi bir dəfə də olsun, valideyn iclaslarında bizim uşaqlarımızın davranışları, təhsili haqda heç nə danışılmayıb. Aidə Seyidova ibtidai sinifi bitirib 5-ci sinifə keçən uşaqların valideynlərinin hər birindən 30-50 manat alaraq, onlara yaxşı müəllimlər təyin edir.
O, valideyn iclasında çıxış edib dedi ki, dövlət bu işlər üçün bizə pul ayırmır, ona görə də valideynlərdən yığırıq. Bunlar hamısı səs yazısında var. Mən də ona dəfələrlə demişəm ki, artıq bu pulları vermək imkanım yoxdur. Buna görə də summativ imtahan üçün pul vermədim, xahiş etdim ki, istifadə olunan kağızın dəyəri qədərini verim.

Valideyn deyib ki, bu məsələlərlə bağlıTəhsil Nazirliyinə dəfələrlə zəng etsə də, heç bir tədbir görülməyib: "Sentyabrın 29-da rəsmi olaraq ərizə ilə müraciət etdim.Mənə dedilər ki, müraciətim Bakı şəhər Təhsil İdarəsinin məsləhətçisi Nazim müəllim tərəfindən araşdırılır.Amma 1 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir reaksiya verilməyib. Həmçinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də şikayət etdim, onlar da heç bir araşdırma aparmadı, maraqlanmadılar. Əvəzində Aidə xanım məni otağına çağırıb məcbur etdi ki, ərizəmi geri götürüm”.
R.Məmmədova qeyd edib ki, valideyn iclasında onlardan pulun tələb olunması və rəsmi ərizə ilə müraciət etdikdən sonra A.Seyidovanın onu çağırıb "danlaması” barədə danışıqların səs yazısını hər iki dövlət qurumuna təqdim edib. R.Məmmədova həmin səs yazılarını sübut üçün redaksiyamıza da göndərib.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hazırda şikayət üzrə araşdırma aparılır: "Araşdırmanın nəticələrinə uyğun olaraq, müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013–cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf edilir və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat verilir. ÖdənişTəhsil Nazirliyinin "Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürülür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi