Azərbaycanda bank satışa çıxarıldı

img

02-11-2016 [12:30]


Türkiyənin "Ziraat Bankası” Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.

Mia.az-ın məlumatına görə, "Qafqazinfo” Türkiyə KİV-nə instinadən xəbər verir ki, bu barədə "Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçiridiyi mətbuat konfransında danışıb. Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın"Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”,- deyib .

Qeyd edək ki, "Ziraat Bankası”nın Azərbaycanda "Azər-Türk Bank”da səhmləri mövcuddur.

Ölkədəki "Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin "Ziraat Bankası”na məxsusdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA