Türkiyənin 8-ci prezidenti Turqut Özalın qardaşı vəfat etdi

img

02-11-2016 [12:15]


Türkiyənin 8-ci prezidenti Turqut Özalın qardaşı Qorqud Özal 87 yaşında vəfat edib.

Özalın cənazəsi noyabrın 4-də İstanbulda torpağa tapşırılacaq.

Q.Özal 29 may 1929-cu ildə Malatyada anadan olub.

İTİ İnşaat Fakültəsində yüksək təhsilini tamamladıqdan sonra 1956-1957-ci illərdə ABŞ-da təhsilini davam etdirib.

1973 və 1977-ci illərdə iki dəfə Ərzurum millət vəkili seçilən Özal 1974-də CHP-MSP koalisiya hökumətində və 1975-də qurulan I Milliyyətçi Cəbhə Hökumətində qida əkinçilik və heyvandarlıq naziri, 1977-dəki II Milliyyətçi Cəbhə Hökumətində daxili işlər naziri vəzifəsini tutub.

12 Sentyabr 1980-ci il çevrilişindən sonra siyasətdən getdiyini açıqlasa da, qardaşı Turqut Özalın ölümündən sonra yenidən fəaliyyətini davam etdirib.

O, Ana Vətən Partiyasında 1995-ci il seçkisində İstanbul millət vəkili seçilib. Bu müddətdə Özal Türkiyə Böyük Millət Məclisi Daxili İşlər Komissiyasının rəhbəri çalışıb.

13 Avqust 1997-ci ildə partiyadan istefa verən Özal yenidən qurulmuş Demokrat Partiyaya keçib, 28 sentyabr 1997-ci ildə isə partiya sədri seçilib. 22 mart 2001-ci ildə Demokrat Partiya sədrliyindən gedib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA