Bu məhsullar 3 il müddətinə rüsumlardan azad ediləcək - Gömrüklə bağlı dəyişiklik

img

01-11-2016 [15:25]


Azərbaycanda kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək.

Bununla bağlı layihə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

"Gömrük tarifi haqqında” qanuna əlavə edilən 20.0.20-ci maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad ediləcəklər.

Bundan başqa, Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddırlar.

Məcəlləyə əlavə edilən digər 164.1.36 maddəyə görə yuxarıda qeyd olunanlar qeyd olunan müddətə vergi ödəməkdən də azad edilirlər.

Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA